Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xarici jurnalist ABŞ-da nece işleye biler?

25 Ağustos 2016

8:56 pm


26/08/2016 [00:55]: xeber –
Amerika Birləşmiş Ştatlarında jurnalist olaraq təmsil olunmaq asan olduğu kimi çətin də görünə bilər. İlk növbədə Birləşmiş Ştatlarda təmsil olunan jurnalist gərəkli olan prosedurları keçməlidir.Bu prosedurlar nədən ibarətdir?ANS təcrübəsinə söykənərək deyə bilərəm ki, təmsilçi qurum seçdiyi jurnalistdə peşəkarlıq, təcrübə və aydın zəkaya üstünlük verir. Məhz seçilən jurnalistlə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə baş vuraraq, jurnalist vizasının alınması üçün icazə istənilir. Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi də ona müraciət edən qurumun Azərbaycan mediasındakı roluna önəm verir. Yəni, hər özünü mediya adlandıran qurum təmsilçilik üçün vizanın bu növünü ala bilmir. Məsələn, bu gün göbələk kimi çoxalan və daha çox «sabun köpüyü» xəbərləri ilə məşğul olanlar əsla bunu ala bilməyəcəklər. Bir sözlə, media vizası bu işin peşəkarlarına verilir. Jurnalist vizasını alıb, Amerika Birləşmiş Ştatlarına gedir və orda yaşamaq və fəaliyyət göstərmək üçün şəraitini qurmaqla məşğul olur. Amerikika elə bir cəmiyyətdir ki, orda hər şeyi özün etməlisən. Məsələn, mən də ANS təmsilçisi olaraq Vaşinqtona çatdığım ilk gün, uşaqlarımı elə həmin gün tanıdığım Rafiq Qurbanzadə və onun xanımının yanında buraxıb ev axtarmaq üçün çıxdım. Əvvəlcə operatorumuzun təklif etdiyi mənzillərə baxıb büdcəmizə münasib olanı seçdim və kirayə müqaviləsi imzaladım. Bu müqavilə nəyə görə vacibdir? Amerikada yaşamaq və fəaliyyət göstərmək üçün mütləq bəlli bir ünvanın olmalıdır. Bu ünvan sənədlə təsdiqini tapmalıdır. Yəni, yaşadığın evdə sənədlər sənin adına olmadığı təqdirdə Dövlət Departamentinin müvafiq qurumu jurnalist fəaliyyətinə icazə verməyəcək. Mən mənzili kirayələyib, yaşamaq üçün gərəkli olan əşyaların dalınca qaçmaqda, məni ora göndərən ANS TV isə öz öhdəsinə düşən vəzifələri yerinə yetirməkdə olur. Nədir, bu öhdəlik? Jurnalisti göndərən təşkilat həmin şəxsin Amerika Birləşmiş Ştatlarında təmsil olunması üçün sənədlərini Azərbaycanın Xarci İşlər Nazirliyinə təqdim edir. Xarici İşlər Nazirliyi öz növbəsində Birləşmiş Ştatlarda işləyəcək jurnalistin yoxlanılması üçün Milli Təhlükəsizlik Nazirliyinə (İndiki DTX-ya-müəllif.) və bu sahə ilə məşğul olan siyasi dairələrə sörğu və məlumat göndərir. Bizim xəbərimiz olmadan Milli Təhldükəsizlik Nazirliyi əməkdaşı yoxlayır və nəticələri yenidən Xarici İşlər Nazirliyinə təqdim edir. Cavab müsbət olduğu təqdirdə Xarici İşlər Nazirliyi təmsil olunan jurnalistin sənədlərini Amerika Birləşmiş Ştatlarındakı səfirliyə göndərir. Jurnalist də Amerikada yaşadığı ünvanla bağlı dəqiq məlumatları Səfirliyimizə təqdim edir və orda qeydiyyata düşür. Jurnalist, Azərbaycan Səfirliyinin təqdim etdiyi sənədləri və yaşadığı evdən aldığı müqavilənin əslini götürərək Birləşmiş Ştatlarının Dövlət Departamentinə gedir. Bu sənədləri Dövlət Departamentinin mətbuat mərkəzi təhvil alaraq öz ölkəsinin hüquq mühafizə orqanlarında yoxlamaya göndərir. Bu yoxlama prossesində siz daim istifadə etdiyiniz elektron poçt adresinizdən tutmuş, mobil telefonunuzadək bir çox məlumatları verməli olursuz. Təxminən 1 həftədən sonra sizi, Dövlət Departamentinin mətbuat mərkəzinə çağırırlar. Əgər yoxlamanın nəticələri burda da müsbət çıxırsa, elə ordaca şəkilini çəkib bir neçə gündən sonra jurnalistə Birləşmiş Ştatlarda fəaliyyət göstərmək üçün nəzərdə tutlan vəsiqəni təqdim edirlər. Bu vəsiqənin təqdim olunması da insana zövq verən prosedurlardan biridir.Artıq əlində bu vəsiqəsi olan jurnalist Birləşmiş Ştatlar ərazisində – Başda Ağ Ev olmaqla, Dövlət Departamenti, Pentaqon və digər qurumlara sərbəst giriş-çıxış əldə edir. Birləşmiş Ştatlar ərazisində akreditasiyadan keçən hər bir jurnalist hər gün Birləşmiş Ştatlar Prezidentinin günlük proqramlarından tutmuş onun keçirdiyi və keçirəcəyi görüşlərin siyahısına kimi alır. Bu proqramları həm Dövlət Departamenti həm də Ağ Ev birbaşa sizin elektron poçtunuza göndərirlər. Jurnalist də bu proqramların içindən dövləti və regionu üçün maraqlı olanları seçir və təmsil olunacağına dair məktub yazır. Məhz bundan sonra siz həmən siyasi görüşlərin keçirildiyi əraziyə buraxılırsız. Amma bu, hamısı deyil. Yəni, “binanın içinə girmək hələ sənin toplantıya qatıla bilərsən” anlamına gəlmir…Ardı var..Qənirə AtaşovaXüsusi olaraq,Gununsesi.info üçün


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler