Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xarici diplomların tesdiqini bu ünvandan öyrenmek olacaq – Nazirlikden yenilik

11 Ekim 2016

10:40 am


11/10/2016 [14:36]: xeber –
Azərbaycanda tanınan və ekvivalentliyi müəyyən edilən -nostrifikasiya olunan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını alan  şəxslər barədə məlumat bazası istifadəyə verilib. Məlumat bazasına Təhsil Nazirliyinin saytındakı “Nostrifikasiya” bölməsinin “Tanınan diplomların sahibləri barədə məlumat bazası” keçidindən daxil olmaq olar.Nazirliyin mətbuat xidmətindən sayta verilən məlumata görə, bazada ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilən  (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını almış şəxslər barədə məlumatlar yerləşdirilib. Axtarış panelində diplomu təsdiq olunan  şəxsin soyadı, adı və atasının adı yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür. Məlumat bazası mütəmadi olaraq yenilənəcək.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler