Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xarici ali mekteblere qebul asan, tehsil almaq olduqca ciddi ve önemlidir”

03 Temmuz 2016

7:12 pm


03/07/2016 [23:08]: xeber –
Artıq abuturiyentlər qəbula hazırlığın son mərhələlərin keçirlər. Ancaq bir qrup abituriyent isə orta məktəbin 11 illik attestatı ilə xarici ölkələrin universitetlərinə imtahansız qəbul olurlar. Bu zaman onlara 600-700 – dən başlayan qiymətlər təklif olunur. Bəs görəsən belə qəbul olunan tələbələrdən gələcəkdə uğurlu nəticə gözləməyə dəyərmi?Təhsil üzrə ekspert, BDU-nun tarix məllimi Kamran Əsədov sayt-a açıqlamasında deyir ki, Azərbaycanda xarici ali məktəblərə imtahansız qəbulla bağlı təsəvvürlər yanlışdır:”Hər bir ölkənin təhsil müəssisələrinə qəbul öz daxili qanunvericiliyi ilə müəyyən olunub. Bununla yanaşı, beynəlxalq aləmdə qəbul edilmiş qəbul qaydaları var. Əlbəttə ki, həmən o qəbul qaydaları Azərbaycan daxilində çox sadə görünə bilər. Amma xarici ölkələrdə təhsil müəssisələrinə qəbul asan, lakin təhsil almaq olduqca ciddi və önəmli prosesdir. Biz hər gün televiziya, radio, qəzet və sosial şəbəkələrdə xarici universitetlərə imtahansız qəbul haqqında, adi bir attestatla qəbul imkanlarının mümkünlüyü barədə elanlar görürük. Sərt qəbul qaydalarına öyrəşmiş Azərbaycan insanı bu şərtlərə asan kimi baxıb gedir xarici ölkələrdə təhsil almağa. Lakin o insanlar unudur ki, bu qədər asan şərtlərlə qəbul aparılan ölkələrdə orta məktəbdə dərslər tamam başqa formada, ali məktəblərdə bizdən fərqli olaraq şəxsiyyətə yönəlmiş və heç bir əlavə müdaxilə olmadan tədris həyata keçirilir. Düzdür, attestatla qəbul aparılan ölkələrin heç də hamısında təhsilin yüksək səviyyədə təşkil olunduğunu demək olmaz. Məsələn, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrin bir çox ali təhsil müəssisələrində təhsilin səviyyəsi hətta Azərbaycan universitetlərindən də aşağı səviyyədədir. Yəni bu ölkələrdə xaricdən tələbə qəbulunun əsas məqsədi kommersiya məqsədidir. Doğrudur, bu universitetlərin təhsil sənədləri beynəlxalq aləmdə tanınır. Lakin həmən universitetləri bitirən kadrları heç də yüksək təhsilli və bacarıqlı kadr hesab etmək olmaz. Burda bir paradoks yaranır. Məsələn, biz müqayisə etsək ki, Böyük Britaniyanın, ABŞ-ın və digər nüfuzlu ölkələrin universitetləri də attestatla qəbul aparır, həmçinin Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrin də universitetləri də. Burda əsas fərq ondan ibarətdir ki, həmin universitetlərin kadrlarının beynəlxalq nüfuzu açıq şəkildə ortaya çıxır.Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gələndən sonra təhsil aldıqları ixtisas üzrə savadlılıq dərəcəsini müəyyən etmək üçün ciddi imtahanlar keçirməlidir. Bundan sonra savadlı kadrların yetişdirilməsi üçün ciddi tədbirlər görüləcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler