Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xaricden sınıq – salxaq idmançı, meşqçini getirib pul qazanırlar”

11 Ağustos 2016

10:04 am


11/08/2016 [14:00]: xeber –
Ötən gün Rio-da keçirilən Olimpiya Oyunlarında azərbaycanlı ağırlıqaldıran Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində qızıl medal qazandı. 2013-cü ildə Azərbaycan millisindən qovulan 23 yaşlı idmançı 214 kq təkanla ağırlıqqaldırmada dünya rekordunu yeniləyib və Olimpiya oyunlarının birincisi olub.  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sayt-a açıqlamasında istedadlı idmançılarımızın yığmadan kənrlaşdırlımasının səbəbindən dənışıb:“Olimpiya yığamızın tərkibinə baxıram. İdmançıların yarısı xaricdən gətirilmiş muzdlulardır. Öz gənclərimizi yığmadan qovub xaricdən sınıq – salxaq idmançı, məşqçini gətirib pul qazanırlar. Federasiyaya rəhbərlik edən oliqarxlar xaricdən məşqçi gətirib onun ilinə 2-3 milyon yazır, məşqçiyə 200-300 min verib qalan pulu isə özləri mənimsəyirlər. İdmançılarla da iş həmçinin elədir. Bu rəhbərlərə yerli vətənpərvər gənclər lazım deyil. Onlara lazım olan idmançılar xaricdən gətirilir və onların hesabına pul yeyirlər. Cahangir Əsgərov bu gün olduğu bütün sahələri bərbad günə salıb. AZAL-ın təyyarələrində heç tualet kağızı tapılmır. Bu adamlar pullarımızı xaricilərə yedirdir. Çünki bunlarda milli qürur yoxdur. Azərbaycanın milli mentaletinin soyqırımı siyasəti aparılır. Mən hər gün bu şeylərə münasibət bildirirəm. Amma çox siyasətçilərimiz özlərini qaldırıb qoyublar dağ başına, millətin problemləri barədə danışmaq istəmirlər. Mən bu olimpiya oyunlarını izləyirəm, hazırda gördüklərim mənə çox pis təsir edir. Azərbaycanı təmsil edən xarici idmançılar yarışlarda məğlub olurlar. Mən əminəm ki, onların yerində öz idmançılarımız olsaydı onlarda olan milli ruh bizim qələbə qazanmağımıza səbəb olardı. Əcnəbilər isə muzdludur, onları pul maraqlandırır. Xalqımız idmançılarımıza, seçdikləri prezidentə sahib çıxmalıdır. İlham Əliyev idmanın inkişafı üçün milyonlar ayırır, amma nəticə yoxdur”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler