Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xankendinde süretle bombardman sığınacaqları hazırlanır – Savaş telaşı…

26 Ekim 2016

7:44 pm


26/10/2016 [23:37]: xeber –
Apreldəki 5 günlük savaşdan sonra İrəvan və Xankəndindəki “hökumət” adlanan qondarma və terrorçu rejimlər Azərbaycan torpaqlarını tərk etmək əvəzinə Rusiya və Qərbdəki havadarlarının təhrikiylə hər gün yeni müharibənin alovlanmasına gətirə biləcək qızışdırıcı bəyanatlar verirlər. Bundan əlavə ermənilər sərhəd və təmas xətlərində son 20-25 ildə qurduqları səngər və istehkamları daha da möhkəmləndirməkdə davam edirlər. Eyni zamanda  Xankəndi  və rayon mərkəzlərində hava və artilleriya hücumundan mülki müdafiə sığınacaqları qurulur və yaxud bərkidilir.sayt  erməni mediasına istinadla xəbər verir ki, Xankəndinin faktiki vitse-meri Suren Tamrazyanın erməni jurnalistlərə verdiyi məlumata görə, aprel döyüşlərindən sonra qondarma “DQR” rejiminin sosial-iqtisadi proqramlarında xeyli dəyişiklik edilib. “Əgər əvvəlki illər növbəti il üçün  Stepanakertdə 2-3 bina tikmək nəzərdə tutulurdusa, ancaq aprel hadisələrindən sonra yaşayış binalarının zirzəmilərinin sığınacaqlara çevrilməsi işi ön plana çıxdı. Və bu işə kifayət qədər böyük vəsait ayrılıb. Tikinti işlərinin həcmi azaldılıb, o cümlədən çoxmənzilli binalarda liftlərin kapital təmiri proqramı 2017-ci ilə keçirilib. Bunun nəticəsində qənaət edilən məbləğ ən önəmli vəzifəyə – zirzəmilərin təmizlənməsinə və təmiri işlərinə yönəldilib…” – deyə erməni məmur bildirib. “Vitse mer”in verdiyi məlumata görə, bu gün üçün Xankəndində 303 çoxmənzilli bina var ki, onlardan 202-si zirzəmiyə malikdir. Həmin zirzəmilərdən 70 faizi artıq dinc əhalinin hava və artilleriya hücumları zamanı yerləşdirilməsi üçün sığınacaq kimi hazırdır…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler