Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xankendinde qazın kubu 1 manatı ötdü

25 Ağustos 2016

10:56 am


25/08/2016 [14:54]: xeber –
Dağlıq Qarabağın qazdoldurma stansiyalarında qazın qiyməti erməniləri yandırır.  Xankəndi və Şuşada mavi yanacağın qiyməti İrəvandakından 2 dəfədən çox yuxarıdır. sayt bu barədə erməni mediasına istinadən xəbər verir. Əgər Ermənistanda qazın 1 kubmetri 170-200 dramdırsa (təxm. 60-70  qəp.), işğal altındakı Azərbaycan bölgələrində bu, 350-370 manat (təxm. 1,2-1,3 AZN) təşkil edir.  “Qraparak” qəzetinin yazdığına görə,  bu problem barədə bir neçə ildir “DQR” “parlament”inin müxalifətdə olan “deputatları” da danışır. Ancaq məsələ həll olunmur. Qiymətlər qalxdıqca qalxır.  DQ-nın qazdoldurma stansiyaları qazı “Qazprom Armeniya”  şirkətindən elə Ermənistandakı qiymətə alır.  Amma  sürücülər  burada daha baha və keyfiyyətsiz qaz satıldığını söyləyirlər.  “İki il öncə “DQR” “hökuməti” qaz probleminin öyrənilməsi üçün komissiya da yaradıb. Lakin heç nə dəyişməyib”- deyə erməni nəşri vurğulayır. Göstərilən faktlar  Ermənistanın işğalçı hakimiyyəti və onun himayədarlarıyla birgə Xankəndində qondardığı separatçı rejimin gələcəyi olmayan korrupsioner mahiyyətini bir daha açıqlayır. Sultan Laçın, moderator.az


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler