Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xanım deputat ailedaxili qetllerden danışdı

30 Eylül 2016

10:20 am


30/09/2016 [14:19]: xeber –
Millət vəkili Gövhər Baxşalıyeva ailədaxili münaqişlərin artması ilə bağlı öz fikirlərini bildirib.sayt xəbər verir ki, parlamentin bügünkü iclasında çıxış edən millət vəkili qeyd edib ki, son zamanlar ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir: “Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında bu barədə məlumatlar oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ona görə də hesab edirəm ki, orta məktəblərdən ailə ilə bağlı etik məsələləri salmalıyıq. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler