Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xalqın aktivliyi beynelxalq qurumların aktivliyinden önemlidir”

13 Ağustos 2016

8:40 am


13/08/2016 [12:40]: xeber –
Son vaxtlar Azərbaycanda baş verən ictimai-siyasi olaylar, hadisə və
proseslər, o cümlədən həbslərlə bağlı beynəlxalq təşkilatların zəif mövqe sərgiləməsi
müşahidə edilməkdədir.

Maraqlıdır, ötən illərlə müqayisədə beynəlxalq təşkilatların ölkəmizdəki
olaylara passiv və laqeyd yanaşmasının səbəbi nədir? Bu münasibətin kökündə
hansı amil dayanır?

Bununla bağlı sayt-a açıqlama verən Milli Şuranın Koordinasiya
Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev beynəlxalq təşkilatların
aktivliyindən daha çox xalqın özünün aktivliyinə ehtiyac olduğunu söylədi:

“Mən düşünmürəm ki, ötən illərlə müqayisədə beynəlxalq təşkilatlar Azərbaycana
baş verən hadisələrə passiv və laqeyd münasibət ortaya qoyur. Baxmayaraq ki, bəzən
qeyd etdiyiniz məqamlar da baş verir. Baş verən bəzi hadisələrlə bağlı beynəlxalq
təşkilatlar ya susqunluq sərgiləyir, ya da öz mövqelərinin gecikmiş şəkildə
ifadə edirlər. Lakin hesab edirəm ki, ölkədəki vəziyyət ölkə daxilində öz həllini
tapmalıdır. İctimai-siyasi qurumların, xalqın öz hüquqlarına sahib çıxması ölkə
daxilində öz həllinə qovuşmalıdır.

Beynəlxalq təşkilatlar çox zaman ölkə daxilindəki ümumi vəziyyət və
ümumi mübarizə ruhuna uyğun olaraq mövqe ifadə edirlər. Bu baxımdan da xalqın,
təşkilat və partiyaların aktivliyi daha mühüm əhəmiyyət kəsb edir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler