Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq yazıçısının xanımından xeber var: “Bir sözünü iki etmirik”

15 Ağustos 2016

8:16 pm


16/08/2016 [00:12]: xeber –
Mərhum Xalq yazıçısı İsa Muğannanın xanımı Firuzə Hüseynovanın səhhəti hazırda qənaətbəxşdir. Bu barədə sayt-a mərhum yazıçının qızı Sevinc Muğanna məlumat verib. Onun sözlərinə görə, anası hazırda lazımı müalicələri evdə qəbul edir:“Səhhəti indi bir qədər qənaətbəxşdir. Atamdan sonra ayrılığa tab gətirə bilmədi. Zarafat deyil, 60 illik sevgisini itirdi. Atam ona sadəcə ər deyildi, dost, həmdəm idi.Atam uşaqla uşaqlaşar, hər kəsin öz dilində danışardı. Bu insan həm aristokrat, həm də adı bir insan idi. Belə bir insanı itirən xanımın səhhəti sizcə, ayrı cür ola bilərdimi?!Lazımı dərmanları qəbul edir, evdə hamı onun nazını çəkir. Atamın yadigarıdır, bir sözünü iki etmirik”.Qeyd edək ki, Firuzə xanım bir il bundan əvvəl gözlərindən də əməliyyat olunmuşdu.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler