Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq sairinin bu gun ölen oglunun –

12 Mart 2017
3:52 pm


[r32]
– xeber –
O qədər də məşhur deyildi, ancaq ədəbi mühitdə olanlar və çevrəsi bilirdi ki, o, dəyərli ziyalı, zəhmətkeş, bir çox əziyyələrdən keçmiş insandır.
Söhbət bu gün dünyasını dəyişən Yalçın Qocadan gedir – xalq şairi Fikrət Qocanın 52 yaşlı oğlu. Nə çoxsaylı müsahibəsi var, nə də cild-cild şeirlər kitabı. Ona görə bir çoxları Y.Qocanın dünyagörüşünü də yetərincə bilmir.
Kim nə deyir-desin, Yalçın Qoca Fikrət Qocanın adının ancaq ağırlığını daşıdı ömrü uzunu, bəlkə də F.Qocanın oğlu olmasa, daha məşhur olardı. Yalçın Qoca ədəbi mühitdə həyatda olduğu qədər cəsarətli deyildi; ata sevgisi və Fikrət Qoca adı bu mühitdə ona başqa cür davranmağı diqtə edirdi…
Kult.az Yalçın Qocanın özü barədə maraqlı açıqlamalarla zəngin olan Yeni Müsavat qəzetinə verdiyi 2012-ci ildəki müsahibəni təqdim edir və mərhuma bir daha rəhmət diləyir:
– Fikrət Qocanın oğlu olmaq statusu nədir sizinçün?
– Birinci növbədə çox böyük məsuliyyətdir. İkinci mənada bu məsuliyyəti doğrultmaq yükü.
– Neçə ildir davam edir bu məsuliyyət yarışı?
– 50 ildir…
– İnternetdə sizinlə bağlı axtarış verdim. Şair olduğunuzu öyrəndim. Şeirlər kitabınız var deyəsən…
– Bəli, var. Mən 1994-cü ildə Yazıçılar Birliyinin üzvü olmuşam. Təbii, üzv olana qədər müəyyən yazılarım, bu sahədə nailiyyətlərim olmalıydı. Hesabatlar əsasında insanlar üzv qəbul olunur. O vaxt rəhmətlik Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Sadıq mənim üçün təqdimat yazmışdı.
– Müsahibim şair övladı şair olanda soruşuram ki, niyə atanızın yolunu davam etdirirsiz? Bu, özünü sübut etmə tələbatı idi? Baxmayaraq ki, əksi baş verəndə də eyni ötkəmliklə soruşuram ki, niyə atanızın yolunu davam etdirmirsiz?
– (gülümsünür) Yox, məndə özünü sübut etmə məsələsi deyildi. Mən özümü bir çox sahələrdə sınamışdım. İnşaatda da fəhlə işləmişəm. Orda da yaxşı usta olmuşam. O da mənimçün nailiyyət idi.
– Niyə fəhləlik edirdiz ki? Sualı başqa cür qoyum: nə əcəb Fikrət Qocanın oğlu fəhləlik edirdi?
– Mən də sizə sual verirəm: niyə də etməməliyəm?
– İş tapa bilmirdiz?
– Yox, iş var idi. Sadəcə, mən İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdum. İlk təhsilim o idi. 16 yaşım vardı orta məktəbi qurtaranda. Fikirləşdim ki, nəyə görə bu vaxta qədər atam-anam cibimə pul qoyubsa, bundan sonra da qoymalıdır? Ona görə qərar verdim, axşam fakültəsinə sənədlərimi verim, eyni zamanda da işləyim.
– Fəhləlik məsələsinə qayıdacağıq. Amma cəmiyyətdə belə bir təəssürat var ki, əgər siz AYB-nin birinci katibinin oğlusunuzsa, yəqin yağ-bal içində yaşayırsız, bütün bağlı qapılar üzünüzə açıqdır və sair.
– Təəssüflər olsun ki, belə təəssürat var. Bunu hamıya şamil eləmək olmaz. Nə özüm bu cür davranmışam, nə də valideynlərim məni bu ruhda tərbiyə edib.
– Heç olubmu ki, Fikrət Qocanın oğlu olduğunuzu gizlədəsiniz?
– Gizlətmişəm. Tanımadığım bir məclisdə olanda. Dost-tanışlarım da bilir ki, mənim haqqımda “Yalçın Fikrət Qocanın oğludur” deyilməsindən xoşum gəlmir.
– Kompleks məsələsidir?
– Yox, əsla. Sadəcə istəmirəm ki, mənə atama görə hörmət eləsinlər. 16 yaşımdan müstəqilliyimə qədəm qoyub, özüm özümə çörək qazanmışamsa, yəqin ki, bu, mənim sərbəstliyimdən irəli gəlib. Bu, bizim qanımızda, genimizdədir.
– Heç Fikrət Qocanın oğlu olmadığınızı bilib, yanınızda atanızı tənqid ediblərmi?
– Ediblər.
– Necə tənqid ediblər və reaksiyanız necə olub?
– Baxır tənqidin formasına. Əgər ziyalı tənqididirsə, qərəzsiz tənqiddirsə – təbii, hamı hamının xoşuna gələ bilməz – normal, mədəni şəkildə qəbul eləmişəm.
– Bəs qərəzli olanda?
– Həm ziyalı, həm də oğul kimi cavab vermişəm.
– İnsident səviyyəsinə çatmayıb yəqin ki…
– Yox, elə vaxt olub ki, çatıb.
– Atanıza görə yumruq davasına çıxmısız?
– Çıxmışam, təbii ki. Niyə də yox? Bilirsiz, mənim dəli-dolu xasiyyətlərim də var.
– Sizinlə bağlı öyrəndiklərim arasında həm də keçmiş diplomat və prezident təqaüdçüsü olmağınız da var…
– (dəqiqləşdirmə aparır) Yox, prezident təqaüdçüsü pensiyaya çıxandan sonra sayılır. Mən prezidentin yardım fondundan bir illik verilən təqaüdü alanlardan biri olmuşam. 96-cı ildən isə diplomatlıq fəaliyyətim başladı. Həsən Həsənov xarici işlər naziri olanda. Həmin vaxt məni Xarici İşlər Nazirliyinə dəvət etdilər. Onda başqa nazirlikdə işləyirdim. Həsən Həsənov məni ikinci katib vəzifəsinə dəvət etdi. Çalışdım, öncə oldum birinci katib, sonra idarə rəisi, sonra nazirliyin katibliyinin rəhbəri. Sonra məni Ukrayna, Belorusiya, Moldova ölkələri üzrə səfirliyə siyasi məsələlər üzrə birinci katib göndərdilər. 2 il işlədim. Müddət bitdi, geri qayıtdım, ərizəmi yazdım və çıxdım Xarici İşlər Nazirliyindən.
– Bilmək olar bu spantan və radikal addımın səbəbini?
– Səbəbi var idi, amma açıqlamaq istəmirəm. O vaxt mən Ukraynadan qayıdanda bu məsələlər kimdən ki, asılı oldu, kimlərəsə qarşı öz etirazımı bildirdim, həmin adamlar artıq at üstündə deyillər. At üstündə olsaydılar, adlarını deyərdim.
– Kifayət qədər böyük bir vəzifədə çalışmısız. Bu, ancaq özünüzə görə olub, yoxsa Fikrət Qocanın oğlu olduğunuza görə?
– Bir söz var, görünən dağa nə bələdçi? Təbii ki, atamın adının mənim üstümdə, həyatımda, taleyimdə böyük rolu olub və var. Ən böyük rolu o olub ki, mən dünyaya gəlmişəm. İkinci böyük rolu olub ki, mən heç kimin qarşısında atam kimi əyilməmişəm.
– Necə? Axırıncı cümlənizi anlamadım.
– Yəni, mən də atam kimi heç kimin qarşısında əyilməmişəm. Atam da heç kimin qarşısında əyilməyib. Yəni, mərdlikmi deyək, şücaətmi deyək, məni tanıyanların hamısı bilir ki, mən beləyəm, heç kəsin qarşısında boyun əymərəm. Atam da həmçinin.
– Mətbuatda atanızla bağlı tənqidlər çox olur, bilməmiş deyilsiz. Bir oğul olaraq onları oxuyanda nə düşünürsünüz?
– Bir dəfə adını çəkməyəcəm, yazı yazmışdılar ki, Fikrət Qoca Yazıçılar Birliyinin binasını satıb. Atam da müsahibəsində dedi ki, bəli, satmışam. Nazirlər Kabinetinin binası da gözəldir, qabağında da fantan var. Onu da satacağam. Sonra təzə tikilən Teleqülləni də satacağam. Yəni, deməyim odu ki, elə şeylərə ancaq bu cür cavab vermək lazımdır. Bəzən isə heç əhəmiyyət verməmək gərəkdir.
– O, sizin atanız olmaqla yanaşı, həm də qələm dostunuzdur. Belə yazıları oxuyanda onu hansısa formada müdafiə etmək keçmir içinizdən?
– Keçir. Bir nəfər də yazı yazmışdı, daha doğrusu, atam haqqında nalayiq ifadələr işlətmişdi. Jurnalist idi…
– Yenə ad çəkməyəcəksiz? O jurnalist də at üstündə deyil?
– Yox, at üstündə deyil.
– (zarafatla) Yalçın müəllim, bu adamlar niyə hamısı birdən at üstündən düşüb axı? Heç olmasa birinin adını çəkin, bilək söhbət kimdən gedir…
– (gülür) Nə bilim, vallah, düşüblər də. Onsuz da sizin qəzetiniz çox oxunaqlıdır. Onlar da oxuyanda özlərini tapacaqlar. Demək, atam haqda yazı yazan həmin jurnalistə zəng vurdum. Dedim, bu nə yazıdı, yazmısan? Dedi, əcəb eləmişəm. Qayıtdım ki, lap yaxşı, onda gəl səninlə kişi kimi görüşüb danışaq, görək o əcəb necə olub. Mən də bütün statuslarımı qoyacam qırağa – onda da mənim böyük səlahiyyətlərim vardı, Nazirlər Kabinetində baş nazir müavininin köməkçisi idim, jurnalistika da mənim kurasiyamda olan sahə idi– sən də harda istəyirsən, görüşək. Ya sən məni vurub dağıdacaqsan, ya da mən səni. Çünki burda bir ziyalının başqa bir ziyalının dediyi sözə verdiyi reaksiya deyil. Mən bayaq dedim, bir var qərəzsiz, bir var qərəzli.
– Bəs nəticəsi necə oldu bu “razborka”nın?
– Danışıb razılaşdıq ki, filan yerdə, filan saatda görüşək. Getdim görüşə, gəlmədi. (gülür) Sonradan çox adamlarla xəbər göndərdi, üzr istədi. Hətta bir dəfə təsadüfən görüşdük. Heç onu üzdən də tanımırdım. Başqa bir yaxın dostumuz onu mənlə şəhərdə tanış etdi. Dedi, bu, filankəsdir. Qayıtdım ki, bəs sən niyə dediyimiz vaxt görüşə gəlmədin? Dedi, bir səhvdi olub, anlaşılmazlıqdır.
– Bəs atanız sizin bu müdafiə taktikanızı biləndə necə reaksiya verir? Narazılıq edir, yoxsa fəxr edir ki, oğlu onu müdafiəsiz qoymur?
– Birincisi, atamın xəbəri yoxdur. Yəqin elə bu müsahibə vasitəsilə biləcək. Amma belə şeylərdə mənim dəli-doluluğumu bilir. Gözəl bir sözü var, deyir, “a köpəkoğlu, otur yerində”.
– Bəs şairliyinizi necə, bəyənir?
– Vallah, ona çox şeyi bəyəndirmək olmur. Hətta şeirimi oxuyanda üzündə bir məmnunluq da hiss olunanda gözləyirəm ki, nəsə məsləhət verəcək. Heç nə demir, sadəcə “babatdır”la kifayətlənir.
– Həmkarlarım məni tənqid edir ki, sənin varis müsahiblərinin heç biri atasını tənqid etmir. Bəlkə siz istisna olasız, Yalçın bəy?
– Atamı tənqid etdiyim məqamları var. Amma bu, təkcə atamda deyil. Oğlumu dindirsəniz, o da mənim haqqımda eyni tənqidi deyəcək. Qürurumuzdan həmişə başımız ağrıyıb. Etibarımızdan, sədaqətimizdən hər zaman özümüzü zərbə altında qoymuşuq.
– Buna mənfi cəhət, tənqid deyirsiz?
– Başqalarının gözündə mənfi cəhətdir də. Amma evin içində bu cəhətimiz həmişə tənqid olunub.
– Bəs evdə atanızla bağlı hansısa narazılığınızı, tənqidinizi onun üzünə deyə bilirsizmi?
– Ona cürətim çatmaz.
– Yumruğu sərtdir? Söhbət məcazi mənada yumruqdan gedir…
– Bəli, sərtdir, məcazi mənada. Adətən uşağın boynunun dalından bir şapalaq da vurarlar. Amma atamdan heç bunu da görməmişəm. Mənim evimin içində uşaqlarım da məndən bunu görməyiblər. Amma onun zəhmi bəsdir.
– Tənqiddən söz düşmüşkən, heç atanıza deyirsizmi ki, məsələn, “illərdir bu vəzifədəsən. İncidildiyini, mənəvi terrora məruz qaldığını düşünürsənsə, istefa ver. Bu qədər işləmə, yaşın da çoxdur”?
– Onu deməyə heç ehtiyac da yoxdu. O özü neçə illərdir, işləmək istəmir.
– Bəs niyə işləyir?
– Dəqiq də bilmirəm, nəyə görə işləyir. Bilirəm ki, Anar müəllimlə qardaş kimidilər. Ola bilər, hər ikisinə qarşı olan basqılarda qərara gəliblər ki, bir yerdə olmaları daha məsləhətdir. O cür dünyagörmüş insanlarda, ət maşınından keçmiş dostluqların müqabilində mən o incəlikləri təxmini tuta bilərəm, amma dəqiq nida işarəsi qoya bilmərəm.
– Bu günlərdə adınızın qulaqlarda cingildəməsinin bir başqa səbəbi də evsiz AYB üzvlərinə paylanacaq mənzil məsələsidir. Siz də ev alacaqsız. Uzun illər diplomat işləmisiz, imkanınız da pis olmayıb dediyinizə görə. Bəs niyə evsizsiniz?
– Evsiz deyiləm, 4-cü mikrorayonda ikiotaqlı evim var. Amma evimdə 5 nəfər yaşayırıq – üç övladım və həyat yoldaşımla mən. Təsəvvür edin, necə çətindir?
– Amma indi fikirlər səslənir ki, adınız məhz Fikrət Qocanın oğlu olduğunuz üçün siyahıya düşüb. Kənarda başqa evsiz yazarlar da qalıb.
– Birincisi, atam bu cür imtiyazlardan nəinki övladları üçün, heç özü üçün də istifadə etməyib. Çox vəzifələrdə işləmişəm, imtiyazlarım da olub. İstəsəydim, ikiotaqlı evim yox, o mikrorayonun yarısı mənim olardı. Amma domokl qılıncı kimi başımın üstündə asılıb ki, Yalçın, Fikrət Qoca o adı, ləyaqəti ona görə qazanmayıb ki, sən onu belə xərcləyəsən. Əksinə, adının üstünə ad gətirməyi bacarmıramsa, çalışmalıyam ki, adından da heç nə əskilməsin. Çoxdan növbədə dayanmışam. Necə olur ki, Yazıçılar Birliyinin digər üzvləri mənzil növbəsində dayana bilər, amma Fikrət Q ocanın oğlu yox?
– Bu durumla bağlı bir şeiriniz var?
– Var, var. 1984-cü ildə yazmışam. “Atalar və oğullar” şeiri. O vaxt yazırdılar ki, guya Fikrət Qoca öz şeirlərini oğlunun adına yazır. Mən də belə cavab yazdım ki, “Dünyada bir dərdim azalar, əgər. Dönüb sətir-sətir açıla bilsə, Mənim min əzabla yazdığım şeir, Atamın adına yazılır bəzən..” (bir neçə bənd söyləyir)
– Yalçın bəy, bəs prezident təqaüdü almağınız necə oldu? O da ev siyahısı, birliyə üzvlük məsələsi kimi baş tutdu?
– O vaxt birinci təqaüdlər veriləndə atam düz iki dəfə siyahıda mənim üstümdən xətt çəkdi, qoymadı mənə verilsin. Üçüncü dəfə Anar müəllim dedi ki, ay Fikrət, olmaz belə, sənin oğlundur deyə bunu boğub öldürməliyik?
– Bayaq yaddan çıxdı. Bəs indi harada çalışırsız?
– Mən 10 ildən yuxarıdır ki, dövlət qulluğunda çalışmıram. Həmişə fikirləşmişəm ki, konkret kiməsə xidmət eləməməliyəm. Mənim qulluq etdiyim dövlətçilik olub. Dövlətin təmsil etdiyi insana xidmət konkret yaltaqlıqdır. Onda mən gərək Ayaz Mütəllibova da xidmət edəydim, Vəzirova da, Əbülfəz Elçibəyə də, Heydər Əliyevə də, İlham Əliyevə də. Onda adam dönüb olur ingilis bayrağı. Amma dövlətçiliyin özünə qulluq etmək lazımdır.
– Bəs atanızın “Yaşa, prezidentim, yaşa” şeiri bu dediklərinizlə üst-üstə düşür?
– Tam üst-üstə düşür. Çünki Heydər Əliyev dahi şəxsiyyət idi, Azərbaycanı Azərbaycan edən o olub.
– Sualı niyə verdim? Çünki Fikrət müəllim də bütün hakimiyyətlərin dövründə onlara yaxşı münasibət bəsləyib. Siz isə belə durumu ingilis bayrağı adlandırdız.
– Atam Heydər Əliyevdən başqa heç kim üçün elə şeir yazmayıb. Atam o şeiri dövlətçiliyi qorumaq məqsədilə yazmışdı. Bir də ki, göydə Allah, yerdə Heydər Əliyev 1986-cı ildə atamın həyatını xilas etdi. Ağciyərinin ¾ hissəsini kəsib götürdülər. Heydər Əliyev onu Moskvaya göndərdi. Dünyanın hər yerindən mütəxəssislər gətirtdi. Gör nə qədər namərd olasan ki, bu yaxşılığı yaddan çıxarasan.
– Niyə yazıçılar, şairlər haqda ələbaxan, daim dövlətdən nəsə tələb edən bir obraz yaranıb?
– Onu yaradıblar. Elə bizim birliyin içində, sizin jurnalistlərin içində də belələri var ki, maraqlıdır bu obrazın yaranmasında.
– Atanızın otağında oturmuşuq. Kreslosu da burda. Bu kresloda gerçək varis olaraq oturmaq istəyərdinizmi?
– Yox. İstəməzdim. Düzdü, şərəfli bir vəzifədir. İkincisi, atamın işlərinin davamçısı olmaq da yaxşı olardı. Amma biri bir söz deyəcəkdi, o biri mənim boynuma başqa məsuliyyət qoyacaqdı. Üçüncüsü, mən atamın etdiklərinin yüzdə birini edə bilmərəm.
– Sizə sözün hansı mənasında varis deyək?
– Ağır sual oldu. Bir dəfə televiziyada papagilin bağında çəkiliş apardılar. Bacımdan, məndən ayrılıqda müsahibə aldılar. Dedilər ki, Fikrət Qoca kimdir? Dedim, Fikrət Qoca adında bir respublikanın prezidentidir. Dedilər, bəs sizin orda rolunuz nədir? Dedim, mən də oranın baş naziriyəm. Mənim də varisliyim bundan ibarətdir (gülür)

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, Asgari ücret zammı için milyonlarca işçi, bugün yapılan Asgari Ücret Tespit Komisyonu Toplantısı'na gözünü dikti. Bilindiği üzere geçtiğimiz günlerde Asgari Ücret Tespit Komisyonu üç kere toplanmış ancak bu toplantılardan asgari ücret zammına ilişkin karar çıkmamıştı. Bugün yapılan dördüncü toplantı saat 14:00'da başladı. Türk-İş ise asgari ücret zammına ilişkin "bin 893 lira 90 kuruş olmalı" ifadelerini kullanmıştı. Ve merakla beklenen 2018 asgari ücret zammı belli oldu. İşte detaylar. 1404 lira olan asgari ücretin, ortalama yüzde 12 enflasyon dikkate alınarak zam yapılması halinde brüt bin 990 lira, net 1 572 lira olması tahminler arasında yer alıyor. Böyle bir sonuçta, bekar bir işçi için Asgari Geçim İndirimi'nin de (AGİ) 149 lira olması söz konusu. Türkiye Cumhuriyet Merkez Bankası (TCMB), kredi kartı işlemlerinde 2018 yılı ilk çeyreğinde uygulanacak azami faiz oranlarına ilişkin açıklama yayımladı. Açıklamaya göre 2018 yılı ilk çeyreğinde kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmadı. 1 milyon 157 bin m2’lik büyüklüğü ve değeri ile uzun yıllar sürekli gündeme gelen ve geçtiğimiz yaz ihalesi yapılarak satılan Galatasaray Sportif AŞ.’nin arazisinin ardından fiyatların artışa geçtiği Riva bölgesinde İstanbul’un en büyük arazisi sessiz sedasız satışa çıktı. 4 milyon m2’lik büyüklüğü ile Galatasaray'ın Riva arazisinin 4 katı büyüklüğündeki arazi için istenen rakam da dudak uçuklatacak seviyelerde. İsmi verilmeyen gizemli bir iş adamına ait olduğu öğrenilen arazi için 3 milyar liranın üzerinde bir rakam telaffuz ediliyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında ise İstanbul’un en küçük ilçesi olarak bilinen Güngören’in yarısına denk geliyor. Buna göre, satış ve kiralama amacıyla yazılı basın, radyo, televizyon, internet ve benzeri iletişim araçlarında reklam ve ilanları yer alan, uygunluk belgesi veya fatura düzenlenen ürünler ve araçlar piyasaya arz edilmiş sayılacak. Piyasa gözetimi ve denetimi, ürünün piyasaya arzı veya dağıtımı aşamasında, ürün piyasada iken ve gerektiğinde ithalat, ihracat, montaj, hizmete sunum veya bir mal veya hizmet üretilmesi sürecinde de yapılabilecek. Gözetim ve denetim faaliyetleri sırasında teknik servislerin ve ürünün uygunluk değerlendirme işlemlerinde yer almayan test, muayene veya belgelendirme kuruluşlarının imkanlarından yararlanılacak. Uygunluk değerlendirmesini yapan kuruluş haricinde ürünün test ve muayenesini yapacak kuruluş yoksa denetim personelinin gözetim ve denetiminde, bu kuruluşta veya üreticinin laboratuvarında ürünün test ve muayenesi yaptırılacak. Test ve muayene sonucuna göre karar verme yetkisi Bakanlık merkez teşkilatı veya ilgili il müdürlüğüne ait olacak. ÜRÜNÜN PİYASAYA ARZI YASAKLANABİLECEK Piyasa gözetimi ve denetimi, teknik düzenlemenin öngördüğü işaretler ve/veya belgeler üzerinden inceleme, duyusal inceleme ile test ve muayeneyi kapsayacak. Denetim personeli, ürünün test ve muayenesini gerekli gördüğü takdirde denetlenen üründen numune alacak. Numunenin uygun çıkması durumunda test ve muayene, nakliye, bindirme ve indirme ücreti Bakanlığa ait olacak. Numunenin özelliğini kaybetmemesi durumunda bu husus üreticiye veya dağıtıcıya Bakanlık merkez teşkilatı veya il müdürlüğü tarafından bildirilecek. Bildirim tarihinden itibaren bir ay içinde üretici tarafından test ve muayene kuruluşundan alınmayan numune, defterdarlıklara intikal ettirilecek. Bu durumda üretici numune bedelini talep edemeyecek. Numunenin özelliğini kaybetmesi durumunda, tutanak düzenlenerek numune bertaraf edilecek ve numune bedeli Bakanlık tarafından üreticiye ödenecek. Güvensiz olmamakla beraber ilgili teknik düzenlemeye uygun olmadığı tespit edilen ürünler için üretici, ürünün teknik düzenlemeye uygunsuzluğunu gidermek için düzeltici faaliyet planı sunacak ve verilen süre içinde uygunsuzluğu giderecek. Düzeltilebilir uygunsuzlukların giderilmesi amacıyla, üreticiye düzeltici faaliyet planını 30 gün içinde sunması için bildirim yapılacak. Bu süre, üreticinin talebi üzerine, bir defaya mahsus olmak üzere 30 güne kadar uzatılabilecek. Anılan sürede planını sunmayan üretici, düzeltme faaliyetinde bulunmayacağını kabul etmiş sayılacak. Verilen süre sonunda uygunsuzluğu gidermeyen üreticiye idari para cezası uygulanacak. Güvenli olmadığı tespit edilen ürünler için ürünün piyasaya arzının yasaklanması, piyasadaki ürünlerin toplatılması, gerektiğinde ürünün hizmet dışı bırakılması, ürünün üretici tarafından güvenli hale getirilemediği ya da güvenli hale getirilmesinin mümkün olmadığı durumlarda bertaraf edilmesi gibi kararlar verilebilecek. Üreticiler, kullanıcılarda olan ve piyasada bulunan, riskli ya da teknik düzenlemesine uygun olmayan otomotiv ürünlerini Bakanlığın müdahalesine gerek kalmadan gönüllü olarak geri çağırabilecek ve düzeltici faaliyette bulunabilecek. Yönetmelik 6 ay sonra yürürlüğe girecek. Galatasaray’ın eski başkanlarından Selahattin Beyazıt’ın 1971 yılında 100 bin lira karşılığında aldığı Riva arazisi 15 Haziran tarihinde satılmıştı. 1 milyon 157 bin m2’lik arazinin ihalesini en yüksek teklifi veren Fema İnşaat ve KLV İnşaat ortaklığı 3.1 milyar liralık teklifle kazanmış, ancak ihale sonrası C¸evre ve S¸ehircilik Bakanlığı’nın imar değişikliğine gitmesiyle 50 bin metrekarelik pazarlanabilir alan kaybı yaşanınca ihaleyi kazanan ortaklık grubu ihaleden çekilmişti. Dünyanın en büyük ve güçlü ticari uçağı Airbus A350-1000 için Katar Havayolları'nda hizmete başlamak üzere geldiği başkent Doha'da karşılama töreni yapıldı. Dünya genelinde bu uçağı ilk kez kullanacak Katar Havayollar'ının CEO'su Ekber el-Bakir, törende yaptığı konuşmada, Katar Havayollarının 5 yıl içinde 41 uçak daha almak istediğini, ihtiyaç doğrultusunda bu sayının 45-50'ye çıkarılabileceğini söyledi. Katar Havayollarının gelecek üç ayda Airbus A350-1000'in dünyadaki ilk ve tek kullanıcısı olacağını vurgulayan Bakir, aynı model ikinci bir uçağın daha teslim alınacağını duyurdu ancak tarih vermedi. Katar'ın, söz konusu uçağı Doha'dan Londra'ya düzenlenen seferlerde kullanması bekleniyor. İhaleyi ikinci sırada tamamlayan ve Yılmaz İnşaat Taahhüt ve Ticaret AŞ'nin teklifi ise 3 milyar 808 milyon lira toplam gelir ve 952 milyon lira şirket payı olmuştu. İhalenin kesinleşmesi sonrası bölge için düşünülen projeler konuşulurken, Galatasaray Başkanı Dursun Özbek, Emlak Konut’la üzerinde anlaştıkları Riva projesinde 950 villa yapılacağını açıklamıştı. EKOLOJİK KÖY GELİYOR Emlak Konut’un Riva ihalesi kapsamında inşa edilecek projesi ekolojik ve sürdürülebilir mimari yaklaşımıyla tasarlandı. EKO-KÖY projesinin toplam konut alanı 869 bin 522 metrekare olduğu belirtilirken, projede 206 bin 497 metrekare özel orman alanı bulunuyor. Emlak Konut Eko-Köy projesi için köy ve doğa yaşantısının bu projede hayat bulması için ihale şartnamesine belirli maddeler ekleyecek. İnşaatın 2018'de başlaması ve 3 yıl sürmesi bekleniyor. BÖLGEYİ HAREKETLENDİRDİ Galatasaray Sportiv A.Ş.’nin arazisinin satışı ve gündeme gelen proje bölgeyi de hareketlendirdi. Söz konusu arazinin satışı sonrası araziye yakın konumdaki arsaların fiyatlarında da ciddi artışlar meydana geldi. 3.Köprü ile hali hazırda değerine değer katan bölgede arsa m2’leri de 350-400 dolar seviyelerine kadar yükseldi. 3 MİLYAR 100 MİLYON TL Bölgede yaşanan değer artışlarının yanı sıra satışa çıkartılan bir arazisinin büyüklüğü ve fiyatı da dikkat çekiyor. 4 milyon m2 olarak satışa çıkartılan arazisi yakın tarihte İstanbul’da satışa çıkartılmış m2 olarak en büyük arazi olarak biliniyor. Arazinin büyüklüğü kıyaslama yapıldığında daha net ortaya çıkıyor. 4 bin dönümlük arazi 7,17 km2’lik İstanbul’un Güngören ilçesinin yarısı kadar. Değeri ve fiyatı ile uzun yıllar sürekli gündeme gelen Galatasaray'ın 1 milyon 157 bin m2’lik arazisinin 4 katı büyüklüğündeki arazinin satışı için istenen rakam da astronomik seviyelerde. 4 bin dönüm arazisinin satışı için 800 milyon dolar yani yaklaşık 3 milyar 100 milyon TL, eski para ile ise 3 kat trilyon isteniyor. Merkez Bankası’ndan yapılan duyuruda, “Kredi kartı işlemlerinde uygulanacak azami faiz oranlarında değişiklik yapılmamıştır. Bankalar, diğer ülkelerde olduğu gibi, kredi kartı faiz oranlarını bireysel kredi faizlerine göre daha yüksek belirlemektedir. Bu nedenle, kısa vadeli kredi gereksinimi olan kredi kartı sahiplerinin bu gereksinimlerini kredi kartları yerine tüketici kredileri yoluyla karşılamaları menfaatlerine olacaktır” ifadeleri kullanıldı Milyonlarca işçiyi yakından ilgilendiren ve heyecanla beklenen 2018 asgari ücret zam oranı için yapılan görüşme sona erdi. Toplantının ardından Çalışma ve Sosyal Güvenlik Bakanı Jülide Sarıeroğlu, 2018 asgari ücret zammını açıkladı. Buna göre 2018 asgari ücret brüt olarak 2 bin 29 TL net olarak bin 603 TL olarak açıklandı.günün ilk yarısında yüzde Afet ve Acil Durum Yüksek Kurulu, Başbakan Yardımcısı Recep Akdağ'ın başkanlığında Afet ve Acil Durum Yönetimi Başkanlığında (AFAD) toplandı. Akdağ, toplantının açılış konuşmasında AFAD'ın afet ve acil durumlar ile sivil savunmaya ilişkin hizmetlerin ülke düzeyinde etkin bir biçimde yerine getirilmesi için kurulduğunu hatırlattı. Türkiye'nin 1999'daki büyük depremler sırasında çok büyük acılar yaşadığını anımsatan Akdağ, "Bu acılara sebep olan depremler sırasında organizasyon, etkin müdahale, hazırlık açısından Türkiye eksiklerini de görmüş oldu. Dolayısıyla hükümetimiz, o dönemde belli kurumları bir araya getirerek Başbakanlığın çatısı altında topladı." diye konuştu. Afet ve acil durumla ilgili olarak birçok bakanlığın ve kurumun görevleri olduğunu ifade eden Akdağ, bu görevlerin bir uyum ve ahenk içerisinde yürütülmesi gerektiği için bu nedenle Yüksek Kurul'un tesis edildiğini dile getirdi. Yüksek Kurul'un yılda en az iki kez toplandığını belirten Akdağ, bu yılın ikinci toplantısını gerçekleştirdiklerine işaret etti. Recep Akdağ, Yüksek Kurulu 2018 yılında biraz daha sık aralarla toplama ihtiyacı olacağını ifade ederek "Çünkü bu organizasyonun, bu kurul yapısının özellikle afetlere hazırlanmak, riski azaltmak konusunda çok daha farklı bir hamleyi bu yıl içerisinde, yani 2018 yılı içerisinde yerine getireceğini düşünüyorum. Dolayısıyla 2018 yılı içerisinde biraz daha sık toplantılarımız olacak." dedi.0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler