Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq kral üçün ağlayır – Fotolar

13 Ekim 2016

2:08 pm


13/10/2016 [18:07]: xeber –
Xəbər verdiyimiz kimi, Tailandın 89 yaşlı kralı Pxumipon Adulyadet vəfat edib. Pxumipon Adulyadet 1927-ci il dekabrın 5-də ABŞ-ın Massaçusets ştatında, Kembric şəhərində dünyaya gəlib. O, 1946-cı ildə taxta çıxıb, lakin hakimiyyət səlahiyyətlərinə sahib olmayıb.Pxumipon Adulyadet bir ölkə lideri olmaqla yanaşlı, həm də incəsənətlə maraqlanıb. Belə ki, kral peşəkar şəkildə saksafonda ifa edə bilib, fotolar və rəsmlərlə maraqlanıb. Hətta ölkənin pul vahidi olan 1000 batlıq əskinasda kral əlində “Canon” fotoaparatı ilə təsvir edilib. Eyni zamanda, kral bir çox körpü və bəndlərin layihələrini işləyib, xüsusi yelkənli gəmilərini düzəldib. Bundan başqa, Pxumipon Adulyadet süni bulud yaratmaq üçün patentə sahib olub.Qeyd edək ki, kral Pxumipon Adulyadet müalicə aldığı Sisirat xəstəxanasında vəfat edib.(Qafqazinfo)Kralın vəfatından sonra Tailanddan çəkilmiş son fotoları təqdim edirik:


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler