Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Xalq edam isteyirse…” – Ərdoğan

26 Temmuz 2016

7:28 am


26/07/2016 [11:27]: xeber –
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki dövlət çevrilişi və hazırkı vəziyyətlə bağlı geniş açıqlama verib.Almaniyanın ARD kanalına müsahibə verən Ərdoğan edam cəzasının bərpa edilib-edilməməsi mövzusuna da toxunub. O, “Gəlin dünya həqiqətlərindən uzaq yaşamayaq, dünya reallığını görək. Dünyada nə qədər ölkədə edam cəzası var, nə qədərində yoxdur. Bunu görməyimiz lazımdır. Sadəcə Avropa Birliyinin üzvü olan ölkələrdə ölüm cəzası yoxdur, bundan başqa dünyanın demək olar ki, əksəriyyətində edam cəzası tətbiq edilir”-deyib.Dövlət başçısı onu da qeyd edib ki, hazırda xalq edam cəzanının yenidən bərpa edilməsini istəyir. Ərdoğan “Biz 53 ildir ki, Avropa Birliyinin astanasındayıq. Ölüm hökmünü aradan qaldırdıq, edam cəzasını ləğv etdik. Nə dəyişdi? Hazırda əgər hüquqi, demokratik dövlətdəsinizsə söz xalqındır, elə deyilmi? Xalq nə deyir? Edam deyir. Biz rəhbərlərə düşən vəzifə nədir? Xalqın bu tələbinə sizin tələbinizi qəbul etmirik deyə bilərikmi? Bu tələbi irəli sürəcəyimiz yer parlamentdir. Parlament tələbi qəbul edər və ya etməz. Əgər razılıq verilərsə, bununla bağlı addımlar atılacaq. Amma etməzsə o zaman da söyləyəcək heç bir şeyimiz yoxdur.”-deyə açıqlama verib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler