Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq artistinin xanımı ağır xesteliye yoluxdu – Fotolar

28 Haziran 2016

10:20 am


28/06/2016 [14:18]: xeber –
Azərbaycanın Xalq artisti, sevimli aktyorun həyat yoldaşı ağır xəstəliyə tutulub. Komediya aktyoru Arif Quliyevin xanımı ağır xəstədir. Xalq artistinin həyat yoldaşı XXI əsrin bəlası olan Hepatit C-yə yoluxub. Xəstəlik 57 yaşlı xanımda təxminən 6 ay əvvəl aşkarlanıb. Uzun müddət xəstəxanada müalicə alan xəstəyə artıq 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Arif Quliyev 1Xəbər.com-a açıqlamasında xanımının müalicəsi üçün külli miqdarda vəsaitin tələb olunduğunu bildirib: “Çox çətindi, qaraciyəri demək olar ki, sıradan çıxıb. Düzdür, prezident təqaüdçüsüyəm, fəxri adımın təqaüdünü də aliram, amma yenə də xərcləri ödəmir. Arada-sırada toylara gedirəm. Heç kəsi narahat etmək istəmirəm. Sağ olsun Prezident, 3 ay əvvəl mənim Türkiyədə əməliyyat olunmağıma yardım etdi. Artıq utanıram, heç kəsi narahat etmək istəmirəm. Bir evim var, lazım gəlsə, onu satıb həyat yoldaşımın müalicəsinə xərcləyəcəyəm”.Hazırda 66 yaşlı Arif Quliyevin öz səhhəti də qənaətbəxş deyil. Biz komediya aktyoru ilə telefon əlaqəsi saxlayan zaman həkim qəbulunda idi. Əsas problemi beyinə qanın normal işləməməsidir.(1Xəbər.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler