Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq artisti xestexanaya yerleşdirildi

02 Eylül 2016

2:32 pm


02/09/2016 [18:30]: xeber –
Xalq artisti Muxtar Maniyev xəstəxanaya yerləşdirilib.Bu barədə APA-ya M.Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib.Onun sözlərinə görə, sentyabrın 2-də Xalq artistinin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər. M.Maniyevin vəziyyəti orta-ağır qiymətləndirilir.Qeyd edək ki, M.Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də Xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi-Cərrahiyyə Mərkəzində amputasiya edilib. Xalq artisti M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler