Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq artisti cebhe bölgesinde konsertler verir

08 Kasım 2016

7:56 am


08/11/2016 [11:52]: xeber –
sayt xəbər verir ki, Azərbaycanın Xalq artisti, Türk dünyasının sevilən səs sənətçisi Azərin (Anaxanım Tağıyeva) 9 noyabr Bayraq günü ilə bağlı dünəndən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub, bayramı torpaqlarımızı qoruyan əsgərlərimizlə birgə keçirib. Sevilən ifaçı dünən Ağcabədi və Tərtər rayonlarında yerləşən hərbi hissələrdə geniş konsert proqramı ilə çıxış edib. Azərin xanım tədqirəlayiq layihəylə bağlı bunları qeyd edib:  “Gəldik Azərbaycanın qüruru olan əsgərlərimizə salam verdik. Bu günümüzü Azərbaycan əsgərinə həsr etdik. Azərbaycan əsgərinin əhval-ruhiyyəsi ən yüksək səviyyədədir. Yaşasın Silahlı Qüvvələrimiz! Bayraq bayramımız mübarək olsun! Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim. Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni tən görüm. Yalnız zəfər çalmış şəhid önündə Səni alqış üçün əyilən görüm”.Qeyd edək ki, Xalq artistinin cəbhə bölgəsində konsertləri bu gün də davam edir. Hazırda o, Horadizdə yerləşən N saylı hərbi hissədəki əsgərlərimizlə bərabərdir. Hər zaman döyüş əmrinə hazır olan əsgərlərimiz Azərin xanımın vətənpərvərlik mövzusunda ifa etdiyi mahnılardan daha da ruhlanırlar. Arzu edirlər ki, Bayraq bayramını tezliklə işğaldan azad edilmiş torpaqlarımızda qeyd edək, ay ulduzlu üçrəngli bayrağımızı Şuşada dalğalandıraq. Azərin xanım Horadizdəki əsgərlərlə görüş barəsində isə bunları bildirib:   “Silahlı Qüvvələrimizin şəxsi heyyəti və xalqımız sizi Azərbaycanın gözəl guşəsi Horadizdən salamlayır. Bayraq günümüzü qeyd edirik. Şəhidlərimizin ruhu şad olsun! İnşaallahda bu bayramı Qarabağda qeyd edək!” 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler