Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xalq artisti adını daşıyan şexs ölkenin siyasi heyatından bixeberdir…

22 Temmuz 2016

7:20 pm


22/07/2016 [23:16]: xeber –
Bir sıra inkişaf etmiş ölkələrdə cəmiyyətin bütün təbəqələri ölkənin ictimai-siyasi həyatında baş verənlərə öz vətəndaş mövqeyini sərgiləyir. Təəssüf ki, Azərbaycanda bu, belə deyil. İstənilən mədəniyyət aləminin yaxud, digər sahələrin tanınmışlarına  ölkə həyatı ilə bağlı sual ünvanlayanda “məni siyasətə qatmayın” tipli cavablar eşidirik.sayt  xalq artisti Arif Babayevilə müsahibəni təqdim edir: -Arif müəllim, yəqin ki, xəbəriniz var, konstitusiyaya dəyişikliklər olacaq?-Bilmirəm axı..Konstitusiyanı dəyişirlər ki? Niyə dəyişirlər? Mən bilmirəm amma yəqin zərurət var ki, dəyişirlər. Buna normal baxıram.-Xəbəriniz olmayan bir şeyə necə normal baxırsınız?-Əgər dövlət, hökumət konstitusiyanı dəyişirsə, deməli düz edir.-Konstitusiyanı xalq dəyişir. Yəni referenduma gedib, siz “hə” ya da “yox” deməlisiz…-Siz məni siyasətə çəkirsiz. Amma siyasətdən uzağam. Mənə öz sahəmlə bağlı sual verin. Yoxsa, sizinlə nə söhbət edim axı…-Yaxşı, biz sizə deyək: Konstitusiyaya təklkif olunan dəyişiklikdə prezidentin səlahiyyət müddəti 5 yox, 7 il nəzərdə tutulur. Buna səs verəcəksinizmi?-Lap yaxşı, lap 7 il yox, 10 il olsun. Burada nə var ki? Normaldır.-Amma əksəriyyət hesab edir ki, bu, demokratik dövlət quruculuğu prinsipinə ziddir…-Əşi, yenə siyasətə çəkirsiz məni? Daha heç nə demirəm. Sağolun…P.S. Arif Babayev həm də professordur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler