Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xaçmazın İcra başçısından Tolike sert cavab:” “Qelet edir”

11 Temmuz 2016

1:08 pm


11/07/2016 [17:05]: xeber –
Aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri Prodüser Tarix Əliyev (Tolik) öz üzərinə götürməsi ilə bağlı xəbər vermişdik.Məsələ ilə bağlı  Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açıqlama verib. O şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib.“Bu gün rəsmi şəxslər gələcək, onların övladlarına medallar təqdim ediləcək. Qəbrlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb izah etdim. Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib. “Tolik qələt edir. Başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir”.(bizimyol.info)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler