Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xaçmazda şehid mezarına hörmetsizlik – RƏZALƏT

10 Temmuz 2016

9:20 pm


11/07/2016 [01:16]: xeber –
Aprel şəhidləri dilimizin əzbəri oldular, canlarını fəda etdilər, qanları ilə suvardıqları vətən torpağı onları ağuşuna aldı. Şəhidlərimiz misligörünməmuiş izdihamla və ehtiramla son mənzilə yola salındılar. Hamımız da elə zənn etdik ki, şəhidlərimizə layiq başdaşı qoyulacaq və məzarlarının üstü götürüləcək. Amma sən demə yanılmışıq…sayt-ın oxuculara təqdim etdiyi bu şəhid məzarı Elvin Mirzəyevindir. Elvin Mirzəyev də aprelin 9-da Xaçmazda torpağa tapşırılıb. Üstündən düz 3 ay keçdikdən sonra şəhid Elvin Mirzəyevin tələbə və əsgər yoldaşı kimi eyni döyüşdə şəhid olub Sumqayıtda dəfn olunan Əbdülməcid Axundovun valideynləri Xaçmaza övladlarının cəbhə yoldaşının məzarını ziyarətə gediblər. Bu zaman onları şoka salan mənzərə ilə qarşılaşıblar. Bəlli olub ki, dəfnindən 3 ay keçməsinə baxmayaraq Elvin Mirzəyevin məzarının üstü hələ də götürülməyib. Buna görə Xaçmazın icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin Allah, Vətən və şəhidin ruhu qarşısında nə cavab verəcəyini bir kənara qoyaraq bu rəzalətə görə Ali Baş Komandandan, müdafiə nazirindən hansı adekvat addımların atılacağını gözləmək qalır. İstənilən halda bu hörmətsizlik, bu məsuliyyətsizlik cavabsız qalmamalıdır…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler