Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Xaçmazda “Geyim ve müasirlik” mövzusu müzakire edilib

02 Ağustos 2016

3:40 pm


02/08/2016 [19:39]: xeber –
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələrin təlim tərbiyəsində milli dəyərlərə söykənən davranış və geyim  mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat və təşviqatın aparılması” layihəsi şərçivəsində üçüncü tədbirini  “2” avqust 2016-cı il tarixində Xaçmaz şəhərində Turizm və İnformatika Mərkəzində həyata keçirilib. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanım Cəfərovanın sayt -a verdiyi məlumata görə, tədbirdə 34 nəfər müxtəlif peşə sahibləri olan ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılardan 4 nəfəri kişi, 23 nəfər gənc və orta nəslin nümayəndələri olub. Tədbirin işində Xaçmaz rayon İcra Aparatının  üzvü Məsimova Yaqut xanım  da iştirak edirdi.Başqa bölgələrdə olduğu kimi mövzunun aktuallığı hər kəsi maraqlandırdığından tədbir iştirakçılarının hamısı tədbirin işində çox aktiv iştirak etdilər. Tədbirdə layihə rəhbəri və eksperti çıxış etməklə yanaşı həm də hazırladıqları “Geyim və müasirlik” adlı videoçarxı da nümayiş etdirdilər. Bu videoçarxın nümayişindən sonra ciddi müzakirələr və çıxışlar başladı. Tədbir iştirakçıları demək olar ki, yekdilliklə müasir cəmiyyətdə ən böyük problemə çevrilən insanların geyimlərimizdəki zövqsüzlük və ictimai yerlərdə davranışlarımızdakı qüsurların olduğunu qeyd etdilər.  Onlar bildirdilər ki, bunların aradan qaldırılmasında təbliğatın aparılması olduqca vacibdir.  Başqa bölgələrdə olduğu kimi yenə hər kəs  milli mənəvi dəyərlərin tərkib hissəsi olan geyimlərdəki  və davranışlardakı  baş alıb gedən aşınmanın  mənbəyini  TV-lərdə olduğunu qeyd etdilər və bildirdilər ki, onların əlində təbliğat və təşviqat aparmaq üçün bütün şəraitləri olasına baxmayaraq demək olar ki, bu sahədə heç bir iş görmürlər.Tədbir iştirakçları eyni zamanda öz çıxışlarında davranış və geyim  mədəniyyətinin yüksəldilməsi sahəsində ailələrin və məktəblərində az rol oynamadığını da qeyd etdilər. Çıxış edənlər eyni zamanda son illər  cəmiyyətdə ictimai qınağın da olmadığını acı təəssüf hissiylə qeyd etdilər. Tədbir iştirakçılarından Şirinova Humay xüsusi olaraq vurğuladı ki, bu məsələlərdə  ailələr  biganə qalmamalıdırlar. Onların üzərinə daha çox məsuliyyət düşür. Doktor Haciyev Ağamərdan  təklif etdiki deyilənlər əməli işlə həyata keçirtmək lazımdır. Tədbir iştirakçıları müzakirə və təkliflərdən sonra qərara gəldilər ki, məktəblərdə müəllimlərlə birgə iş aparsınlar. Məktəblərdə valideyn komitəsi yaradıb birlikdə mənəvi dəyərlərin aşınmasının qarşısını almağa kömək etsinlər. Xaçmaz rayon İcra Aparatının  üzvü Məsimova Yaqut xanım da tədbirin işində fəal iştirak edirdi. Sonda o çıxış edərək, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdi və təşkilata gələcək fəaliyyətində uğurlar dilədi.Müzakirələr çay süfrəsində də davam etdirildi. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler