Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

«WhatsApp»da sildiyiniz yazışmalarınız eslinde silinmirmiş —

02 Ağustos 2016

6:40 am


02/08/2016 [10:39]: xeber –
«WhatsApp» mesajlarınız üçün «sil» komandası verdiyinizdə silindiyini düşünürsünüzsə yanılırsınız. Bəs sildiyinizi zənn etdiyiniz bu mesajlar harada saxlanılır?İnternetdə təhlükəsizlik və gizlilik çox vacibdir.  Elə məhz bu səbəbdən şirkətlər məhsullarının istifadəçiləri üçün təhlükəsizlik təminatı verməkdə sözün əsl mənasında yarışır. Ancaq çox güvəndiyimiz tətbiqetmələr bəzən bizi heyrətləndirir. Təhlükəsizlik mütəxəssisləri «WhatsApp» haqqında araşdırma edərkən şok detallarla rastlaşıblar.«WhatsApp» mesajlaşma tətbiqetməsində digər bu tipli tətbiqetmələr kimi yazılan mesajları silmək funksiyası var. İstifadəçilər «WhatsApp» yazışmalarını tək-tək yaxud bütünlüklə silə bilərlər. Digər metod isə istifadə etdiyiniz telefon nömrəsini daxil edərək bütün «WhatsApp» yazışmalarını silməkdir. Ancaq bu metodların əslində işə yaramadığı ortaya çıxıb.Təhlükəsizlik mütəxəssisi Jonathan Zdziarski «WhatsApp» tətbiqetməsindən silinən görüntü formatındakı dosyelərin və yazışmaların tam olaraq silinmədiyini və tətbiqetmənin daxilində saxlanıldığını iddia edib.«WhatsApp» yazışmalarının daxili və «SQLite» bazasındakı proqram təminatından qaynaqlanan problemə görə silinmir və «SMS.db» şəklində saxlanılır.Xatırladaq ki, «iMessage» həm «iOS», həm də «OS X»  əməliyyat sistemlərində istifadə edilir. Ancaq «iPhone»dan sildiyiniz «iMessage» avtomatik olaraq «OS X» sistemində silinməli olduğu halda silinmir.(Ölkə.Az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler