Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vüsalın dedikleri yarımçılıq papaqçılıqdan xeber verir…”

21 Haziran 2016
12:04 pm


21/06/2016 [16:03]: xeber –
Ateizmi müdafiə edən jurnalist Vüsal Məmmədovun dini mövzuda verdiyi müsahibəsi zamanı səsləndirdiyi fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çoxları o fikirdədilər ki, Azərbaycanda V.Məmmədovun səsləndirdiyi fikirlərə münasibət bildirəcək ilhayatcı yox səviyyəsindədir. Maraqlıdır, gerçəkdən də ölkəmizdə dini mövzuda tutarlı arqumentlərlə, faktlarla şərh verə biləcək ilahiyyatcılarımız yoxdurmu? Varsa, nəyə görə cavab vermədilər? Ümumiyyətlə V.Məmmədovun söylədiyi fikirlərə cavab vermək lazım idimi? Yoxsa, V.Məmmədov dediklərində haqlıdır deyə heç bir ilahiyyatcıdan səs çıxmadı? sayt olaraq bu suallarla tanınmış ilahiyyatcı Elşad Miriyə müraciət etdik.E.Miri suallarımızı, eləcə də V.Məmmədovun səsləndirdiyi fikirləri öz arqumentləri ilə cavabladı: “V.Məmmədovun müsahibəsini oxumuşam, çünki Aqşinin dinlə bağlı olan müsahibələrinin hamısını oxuyuram. Bu müsahibədə oxuduqlarım nə bir dərin təfəkkürün nəticəsi idi, nə yeni məsələlər idi, nə də ki, hansısa araşdırmanın təzahürü idi. Oxuduqlarım sadəcə olaraq normal söz yığınından ibarət ifadələr idi. Nəyə görə, çünki müsahibədə səsləndirilən bir çox məsələlər var idi ki, onları ilk dəfədir eşitmirəm, illərdir eşidirəm. İlk dəfə eşitdiyim isə mənim haqqımda dediyi “neoislamçı” sözü idi. Vüsalı çox yaxşı tanıyıram və nəyə görə ateist olduğunu da çox gözəl bilən azsaylı insanlardan biriyəm. Vüsal əvvəlla, nə İslamı doğru-düzgün bilib, nə də yaşayıb, sadəcə olaraq müəyyən müddət namaz qılıb. Bu da o demək deyil ki, o İslamı bilir. Onun dedikləri cavab verilə bilməyəcək məsələlər deyil, hamısının da cavabı var, yeri gəldikcə də o məsələlərə cavab verirəm. Məsələn, onun işlətdiyi merac məsələsi, bəli, mən etiraf edirəm ki, merac məsələsi Qurani-Kərimdə heç bir yerdə yoxdur. Peyğəmbərin göyə ucalması ilə bağlı məsələlər uyudrmadır, doğru deyil. Vüsalın özünə də qəribə gəlir ki, bunu səndən başqa deyən yoxdur. Mən də deyirəm ki, Vüsal bəy, sənin bu gün müdafiə etdiyin təkamül nəzəriyyəsi də Ç.Darvinlə bağlıdır. Onda hamı desin ki, ay Vüsal, Darvindən əvvəl bunu deyən olmayıbsa, Darvin bunu haradan çıxarıb?! Digər bir məsələ var idi, Quranın “Müddəssir” surəsində İslamı qəbul etmək istəməyənlər “uzunqulaq” adlandırılır. Amma Qurana baxan adam bilir ki, orada söhbət İslamı qəbul etmək istəməyənlərdən getmir. Ayəni fərqli yerə yönləndirir, tərcümələrdən səhv sitatlar gətirir. Bu ayədə söhbət nəsihəti qəbul etməməkdən gedir, nəsihəti qəbul etməyən insanın həqiqətən də bir problemi və yaxud da ki, o nəsihəti ona çatdıran insanın özünün problemi var. Ona görə də məsələyə məsələyə bu cürə yanaşmaq lazımdır. Vüsal deyir, hansısa bir alim durub desə ki, “vəhy var”, deməli, onun elmdən anlayışı yoxdur. Bu cürə ifadə işlətməyin özü də N.Gəncəvinin dediyi yarımçılıq papaqçılıqdan xəbər verir. Vüsal nə o tərflik olub, nə də bu tərəflik. Nə düz əməlli ateist, nə də düz əməlli dindar olubdur. Bu gün onun dediklərində haqqlar da var, bəli, Azərbaycanda özünə müsəlman deyənlərin böyük əksəriyyətinin müsəlmançılığın “m”sından xəbəri yoxdur. Çünki müsəlmançılığı oğlan üçün kiçik toyda, qız uşaqları üçün başqa bir şeylərdə bilirlər. Ona görə də bu gün insanlar   cəmiyyətə baxdıqları zaman, əgər bu cəmiyyəti İslam gözündə görürlərsə, bu cəmiyyətə baxıb atteist olmaq daha rahatdır, nəinki müsəlman olmaq. Çünki bu gün Quran ölülər üçün oxunursa və həmin o ölən insan ərəb dilində bilmirsə, sinxron tərcüməçisi də yoxdursa, sən ona nə çatdıracaqsan. Vüsalın dedikləri gözlə gördüyü, müşahidə apardığı məsələlərin müsahibə şəklində insanlara çatdırlmasıdır. Burada cavab verilə bilməyəcək heç bir şey yoxdur. Əksinə, Vüsalın bütün iddiaları bir-bir “çürüdülə” biləcək məsələlərdir. Vüsal özü deyir ki, hənəfilik daha çox göründüyü üçün o məzhəbi seçmişdim. Vüsalın hənəfilikdən ümumiyyətlə xəbəri yoxdur. Çünki o, hənəfiliyi araşdırsa, görəcək ki, hənəfilikdə namaz qılmayan insan həbs edilməlidir. Həbs edildikdən sonra tövbə etməzsə, öldürülməlidir. Vüsalın özünün hənəfilikdən xəbəri yoxdursa, mən ona nəyi izah edim.Deyir ki, dinə qarşı dəyişməyim sünni-şiə qarşıdurmasının həyatıma gətirdiyi şəxsi faciələrdən başladı. Bu, tamamilə doğrudur. Mən Vüsalın ailəsində olmuş bir insanam və bir-birimizin ailəsin gözəl tanıyırıq. Onun ateist olmağı seçməsi yaxın ətrafında olan bəzi dindarların onu bu səviyyəyə gətirməsinin nəticəsi idi. Bu məsəlini ozü açıqlamadığına görə mən də istəmirəm ki, açıqlayam. Daha sonra bildirir ki, Quranda “Cümlə bitmiş fikir bildirir” qaydası yoxdur. Bu da ərəb dilinin qramatikasından xəbərsiz olmağın nəticəsidir. Vüsal Quran ayələrinin cümlə ilə fərqini bilmirsə, ona nə cavab verim axı. Mənim haqqımda daha sonra deyir ki, o, 25 yaşından sonra öyrənib. Deyək 25-dən sonra öyrənmişəm, axır ki, öyrənmişəm. Halbuki mən orta məktəbi də ərəb və ingilis dili üzrə qurtarmışam, bundan başqa iki il mədrəsəni ərəb dili üzrə qırmızı diplomla bitirmişəm, Universitetin bakalavr pilləsində ərəb dili üzrə təhsil almışam. Deyir ki, ərəblər bu dili bilmirdilərmi. Ərəblər bilirdilərsə, peyğəmbər haqqa gətirdiyi zaman onu niyə qəbul etmirdilər?! Əksinə ərəb dilin daha yaxşı bilən, peyğəmbəri daha yaxşı tanıyan, gözünün qabağında böyüdüyü əmisi İslamı qəbul etmədi. Onun dediyindən belə çıxır ki, o zaman Azərbayacn dilində kimya kitabını oxuyan hər kəs güclü kimya mütəxəssisi, fizika kitabını oxuyan fizika mütəxəssisi olacaq. Belə bir anlayış yoxdur axı, bu gün elə filoloqlarımız var ki, Azərbaycan dilinin qrammatikasını bildikləri halda M.F.Axundovun əsərlərini oxuyanda anlamırlar. Çünki orada müxtəlif ərəb, fars mənşəli sözlər var. Və yaxud da bu gün M.Füzulini oxuyan hər kəs onu eyni səviyyədə qavramır. Ona görə də Quranı oxuyub düzgün başa düşməmək mümkündür. Çünki bu, hər kəsin təfəkkürdündən, biliyindən, elmindən, dünya görüşündən qaynaqlanan məsələdir. Adam var ki, astronomdur, Qurandakı astronomiya ilə bağlı bir ayəni oxuyub daha fəqrli başa düşür, ama ilahiyyatçı onun dediyi kimi başa düşmür. Məsələn, Qurani – Kərimin “Rum” surəsi var və orada deyilir ki, rumlar məğlub oldular. Ərəb isə yazır ki, “ədnə əl ard”. Əvvəlki tərcümələrdə yazırdılar ki, ərəbistan yarımadasına ən yaxın yerdə. Amma ərəb dilində “ədnə” aşağılamaq dərəcəsi bildirir, yəni ən aşağı yerdə məğlub oldular deyir. Bunu oxuyan coğrafiya mütəxəssisi isə deyir ki, rumların məğlub olduqları Lut gölü  hövzəsi dünyada dəniz səviyyəsindən ən aşağı yer sayılır və tərcüməsi də bu olmalıdır. Vüsalın qeyd etdiklrəi bir daha deyirəm ki, normal bir ateitsin ətrafda gördüklərinin nəticələridir. Vüsal mənim redaktorum olmuşdu və mən bilirdim ki, o adam dinə qədər riayət edir, nə qədər riayət eləmir. Bu gün Azərbaycanın özünü müsəlman adlandıran əhalisinin 99 faizi İslama nə qədər riayət edirdisə, Vüsal da o qədər riayət edirdi. Bu gün əvvəl çox ciddi dindar, sonra ateist olmuşam anlayışı bir az gülməli gəlir. Bu gün də nə qədər namaz qılıb, sonradan atan o qədər insanlar var ki. Bu da o demək deyil ki, onlar dini dərindən bilirdilər. Türklərin çox gözəl bir sözü var: “Yarım hoca dindən edər, yarım həkim də dindər edər”. Bu gün Vüsal da nə düz əməlli dindar ola bilməyib, nə də düz əməlli ateist. Qəbələdə jurnalsitlərlə bir tədbirdə olan zaman səhər yeməyində bir saata yaxın söhbətimiz oldu. Vüsal söhbətin sonunda dedi ki, yaxşı, mən bundan sonra özümü ateist yox, deist adlandıracam. Əksər insanların deist sözünün mənası bilmədiyi üçün Vüsal da özünə ateist deyir ki, bir qədər fərqli başa düşülsün. Bəzi məsələlər var ki, özü açıqlamadığına görə mən də açıqlamaq istəmirəm. Onun hansı kitabları oxuduğunu da bilirəm. Riçard Doukinzdən misallar gətirir, halbuki R.Doukinz əsərlərində belə nə qədər qüsurlar var. O adamın özünün təzə gəldiyi bir idea da var ki, güya  insan mənşəyi yadplanetlilər tərəfindən qoyulmuş hüceyrə əsasında yaranıb. R.Doukinz sadəcə olaraq ateistlə məşhurlaşıb pul qazanır, hər çıxışı üçün 40-60 min dollar tələb edir. Bu gün də Vüsal bu kimi şeyləri oxuyub özünü başqalarından fərqləndirməyə çalışır. Çünki o heç zaman qarşısında normal ilahiyyatcı görməyib. Bu gün məscid axundlarını ilahiyyatcı kimi insanlara sırıyırlar, texniki universiteti oxumuş birini ilahiyyatcı kimi təqdim edirlər, məscid imammı təyi edirlər, QMİ-in nümayəndəsi təyin edirlər. O da bunları görəndə düşünür ki, onun qarşısında dayanacaq ilahiyyatcı yoxdur. Amma bizim normal qaydada söhbətlərimiz olur və hər dəfə Vüsal hər dəfə mənə etiraz edir ki, ay Elşad, nəyə görə bunları səndən başqa deyən yoxdur. Keçən dəfə mən ona ayın yarınması möcüzəsini danışdım, deyir indiyədək bunu heç kim deməyib. Vüsalın xəbəri yoxdur ki, möcüzə məsələsi heç bir yerdə işlədilmir. Peyğəmbərin adına istinad edilən, 150-200 il sonra çıxan hədis kitablarında möcüzə sözü keçmir. Bu, ilk dəfə Hicrətin dördüncü əsrində, yəni 400 il sonra ortaya çıxmış məsələlərdir. Belə bir möcüzə yoxdur, bunlar uydurmalardır, təəssüf ki, Vüsal da, ayın yarılması möcüzəsinə inanırmış”. Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler