Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

VII Şeki “İpek yolu” Beynelxalq Musiqi Festivalınının – MARAQLI PROQRAMI

23 Haziran 2016

10:44 am


23/06/2016 [14:44]: xeber –
Azərbaycan Bəstəkarlar İttifaqınını təşkilatçılığı ilə 2010-cu ildən bəri hər il keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə 27 iyun – 1 iyul tarixlərində gerçəkləşək. VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən – Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunublar. Xarici ifaçılarla yanaşı festivalda həmçinin Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri – bu günlərdə yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək.sayt xəbər verir ki, festivalın açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib. Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr edilmişdir. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər – Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq. Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblı və İran İslam Respublikasının “Təbriz” musiqi ansamblı da təmsil olunmuşlar. Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcəkdir. Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında Festivalın yekun konserti təqdim olunacaq.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler