Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vidalaşmağa gelibmiş, biz bilmemişik” – Şehid gizirin anası…

02 Ekim 2016

5:40 pm


02/10/2016 [21:39]: xeber –
Aprel döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizdən biri də gizir Seymur Baxışovdu.Biz sayt olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhidin ailəsi ilə görüşüb onunla bağlı xatirələri bölüşmək üçün Sumqayıt şəhərinə yola düşdük. Bizi şəhid gizirimizin böyük qardaşı Samir Baxışov qarşıladı. Xatırladaq ki, Samir də Silahlı Qüvvələrimizin giziridi. Evə daxil olduqda isə bizi şəhidin anası Zemfira xanım qarşıladı. Söhbətimizə ilk olaraq şəhidimizin qardaşı Samirlə başladıq:Samir Baxışov:“Biz də atamızın yolu ilə getdik…”“Seymur mənim kiçik qardaşımdı. Mən 1979 – cu ildə doğulmuşam, Seymur isə 1987 – ci ildə. Seymur 2006 – cı ildə Beyləqan rayonunda hərbi xidmətə başladı və ordan da gizirlik məktəbinə daxil oldu. Hərbi xidmətini başa vurandan sonra gizir kimi orduda xidmətə başladı. Bizim atamız da ehtiyyatda olan gizirdi. Ona görə də biz də iki qardaş atamızın yolu ilə getdik. Seymur Bakıdakı hərbi hissədə Xüsusi Təyinatlı dəstədə xidmət edirdi”.Söhbətimizə şəhidimizin həyat yoldaşı Aynur xanımla davam edirik:Aynur Baxışova:“Mənə dedi ki, narahat olma, təlimə gedirəm, 10 – 15 günə qayıdacam…”“Seymur ilə 2008 – ci ildə nişanlandıq. 2009 – cu ildə isə ailə qurduq. 2011 – ci ildə oğlumuz Amin dünyaya gəldi. Bizə hərbi şəhərcikdə ev vermişdilər, üç ay idi ki, orda yaşayırdıq. Seymur ümumiyyətlə işiylə bağlı evdə heç nə danışmırdı. Hər dəfə deyirdi ki, təlimə gedirik, gələcəm. Bu dəfə də elə oldu. Mənə dedi ki, narahat olma, təlimə gedirəm, 10 – 15 günə qayıdacam. Martın 30 – da getdi. Aprelin 2 – nə qədər əlaqəmiz var idi, sonra ondan heç bir xəbər olmadı. Biz də başladıq Seymuru axtarmağa. Seymur döyüşlər zamanı şəhid olaraq neytral ərazidə qalmışdı. Onu ancaq aprelin 19 – da gətirdilər. Aprelin 20 – də isə dəfn etdik. (Ağlayır) İndi bircə xahişim onun adının əbədiləşdirilməsidi. İstəyirik ki, Seymurun adı oxuduğu Sumqayıt şəhər 14 nömrəli məktəbinə verilsin. Bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən bildirdilər ki, məktəb razılıq versin. 14 nömrəli məktəbdən isə bildirdilər ki, Təhsil Nazirliyi göstəriş verməlidir. Hələ ki, Təhsil Nazirliyinə müraciət etməmişik, amma müraciət edəcəyik”.Şəhidimizin anası Zemfira xanımla söhbətimizə davam edirik:Zemfira Baxışova:“Elə bilirəm ki, harasa gedib, gələcək…”“Seymur 1987 – ci ildə doğuldu. Sumqayıtda bağçaya getdi, sonra isə 14 nömrəli məktəbdə səkkiz il və Təfəkkür liseyində üç il təhsil aldı. Oranı bitirəndən sonra universitetə sənədlərini versə də balı çatmadı və 11 yanvar 2006 – cı ildə hərbi xidmətə yollandı. Mənə zəng vurub dedi ki, ana, mən Xüsusi Təyinatlı Dəstəyə yazıldım və burda təhsil alıram. O, vaxtdan Seymur xidmətə başladı. Ailə qurdu, hər şey yaxşı idi. Seymur ilk maaşından mənə “dublyonka” palto aldı. Çox əli açıq uşaq idi. Amma elə qaça – qaçdaydı. Təlimlərdə olurdu çox vaxt. Ölümdən qorxumurdu. Mən qorxurdum, deyirdim ki, Seymur, birdən sənə nəsə olar. Deyirdi ki, ana, ölərəm, ölərəm də qismət… Sonra ayağından əməliyyat olundu. Diz bağları qırılmışdı və onları əməliyyat etdilər. Sağalandan sonra dedi ki, mən əsgər yoldaşlarımın yanına qayıtmalıyam. Martın 30 – da gəldi burda mənimlə də görüşdü. (Ağlayır) Dedi ki, təlimə gedirəm ana, darıxma gələcəm. Sən demə, vidalaşmağa gəlibmiş, biz bilməmişik. Elə bilirəm ki, harasa gedib, gələcək. Seymur tapılana qədər çox əziyyət çəkdik. Elə bilirdik ki, əsir düşüb. Seymuru tapa bilmirdilər. Həmin döyüşdə Seymurun komandiri Milli Qəhrəman Murad Mirzəyev də şəhid oldu”.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler