Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Veteran adının verilmesinde deyişiklik olundu

08 Kasım 2016

6:16 am


08/11/2016 [10:15]: xeber –
Qarabağ müharibəsində özünümüdafiə dəstələrində döyüşənlərə veteran adının verilməsi proseduru müəyyənləşib. Nazirlər Kabinetinin qərarına əsasən, 1988-ci ildən 1991-ci ilə qədər olan döyüşlərdə özünümüdafiə dəstələrində döyüşmüş şəxslərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti tərəfindən veteran adı veriləcək. Digərləri isə son xidmət etdiyi qoşun növü üzrə aidiyyəti orqanlara müraciət etməlidir.Qarabağ döyüşlərində özünümüdafiə dəstələrində iştirak etmiş, amma xəsarət almamış şəxslərə də veteran adı veriləcək.Nazirlər Kabineti “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”də dəyişikliklər edib.Belə vəsiqələrin bir qismi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti, digər qismi isə iştirakçının son xidmət keçdiyi qoşun növündə yaradılan komissiya tərəfindən veriləcək.Vəsiqənin verilməsi üçün isə vətəndaşdan heç bir ödəniş tələb edilmir.Vəsiqənin verilməsində hər hansı saxtakarlıq aşkar olunarsa, vəsiqə onu verən orqan tərəfindən ləğv edilə bilər.(Xəzər TV)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler