Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vetendaşlara sığorta ödenişleri verilib

10 Kasım 2016

2:48 pm


10/11/2016 [18:45]: xeber –
İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, müxtəlif sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir.Son dövrlərdə Naxçıvanda baş vermiş güclü külək, tufan və yağışlar vətəndaşların daşınmaz əmlakına müəyyən zərərlər vurub. Nəticədə, vətəndaşlara məxsus evlərin və digər yaşayış sahələrinin dam örtüyü yerindən qopub, onlara ciddi ziyan dəyib. Vətəndaşlar tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə daxil olmuş müraciətlərə əsasən təbii fəlakət nəticəsində zərərçəkmiş sığortalı daşınmaz əmlaklara baxış keçirilib və dəymiş zərərlər qiymətləndirilərək əmlak sahiblərinə ödənilib. Şərq qapısı qəzeti xəbər verir ki, son dövrdə baş vermiş güclü külək nəticəsində Babək rayonu üzrə 53, Culfa rayonu üzrə 7, Ordubad rayonu üzrə 25, Şahbuz rayonu üzrə 13 nəfər olmaqla, ümumilikdə, 98 nəfərin daşınmaz əmlakına dəymiş zərərlərə görə sığorta ödənişləri verilib. Bu, bir daha onu göstərir ki, öz əmlakını sığorta etdirmiş hər bir vətəndaşa istənilən sığorta hadisəsi zamanı dəymiş zərərlərə görə sığorta təminatı verilir. Qeyd edək ki, göstərilən hadisə nəticəsində müxtəlif rayonlarda vətəndaşların daşınmaz əmlakına dəymiş zərərlərin əvəzinin ödənilməsi işi davam etdirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler