Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vetendaşın imtahana girmek üçün 24 azn ödemesi absurd fikirdir” -ETİRAZ

15 Temmuz 2016

12:36 pm


15/07/2016 [16:35]: xeber –
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki,  növbəti ildən etibarən ali məktəblərə qəbul olmaq istəyən şəxslər imtahana girmək üçün 24 azn ödəməli olacaq. Təhsil eksperti Əjdər Ağayev sayt-a açıqlamasında bildirdi ki, bu absurd fikirdir:”Yeni yaradılan Dövlət İmtahan Mərkəzi gücləndirilib. Bu qurum dövlət tərəfindən yaradılıb və bütün xərcləri də dövlət tərəfindən ödənir. Belə olan halda Direktorlar Şurasının sədrinin məzunlardan pul alınmalı olduğunu deməsi çox absurd fikirdir. Hər bir vətəndaşın  təhsil hüququ var. Hər bir vətəndaş ali məktəbə sənədi pulsuz verməlidir. İndiyənə qədər vətəndaşlar sənəd verəndə onlardan 2 azn pul alırdılar. Onun özü belə qanunsuz idi. Təhsil almaq, hansısa sahədə mütəxəsis olmaq vətənə xidmətdir. Necə ki, əsgərlik vətənə xidmətdir. Belə çıxır ki, əsgərliyə gedən şəxslər də sənəd təqdim edən zaman pul ödəməlidir? Təbii ki, bu belə deyil. Burada vətəndaş mövqeyi var. Bu mövqe də vətəndaşın özü yolunu müəyyənləşdirməsi, eyni zamanda da dövlətin ona istiqamət verməsi əsasdır. Hesab edirəm ki, Məleykə xanım tələsib. O, gərək Təhsil Nazirliyi ilə məsləhətləşərdi. Məleykə xanımın bu ideası məqəsədə uyğun deyil. Təhsilə cəlb olunma yolunda heç bir maniyə olmamalıdır.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler