Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vetendaşa xidmet başdansovdu edilmemelidir” -ETİRAZ

12 Kasım 2016

9:28 am


12/11/2016 [13:27]: xeber –
“Dünən Milli Məclisdə piyada keçidlərinin salınması ilə bağlı məsələni gündəliyə gətirdim. Qeyd etdim ki, yol çəkiləndən xeyli müddət sonra anlayırlar ki, burada piyada keçidinə də ehtiyac var, çünki, insanlar həm də piyada kimi yolun bir tətəfindən o biri tərəfinə keçməlidir. Ardınca xeyli vəsait ayrılır ki, bu keçid quraşdırılsın. Keçidi ən azı 5 metr hündürlüyə quraşdırırlar və yolun hər tərəfindən də buraya qalxmaq üçün pilləkənlər qoyurlar. Ancaq bu işi görənlərin ağlına gəlmir ki, ahıl insanlar, əlil bacı-qardaşlarımız bu keçidə bu pilləkənlərlə necə qalxacaqlar? Bunlar piyada deyəndə ancaq idmançı keyfiyyətinə sahib olan şəxsləri düşünürlər. Bu cür keçidlərdən istifadə etmək üçün ancaq idmançı keyfiyyətlərinə sahib olmalısan. Müasir dünya ölkələrində eskalator olmadan, əlillər üçün lift olmadan keçid quraşdırılmır. Vətəndaşa xidmət başdansovdu edilməməlidir.”Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler