Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Veten himni

10 Kasım 2016

1:16 pm


10/11/2016 [17:13]: xeber –
Torpağam, köksümdə dən
oyatmışam,

Min yatmış pələngi mən
oyatmışam,

Zənciri qolumdan qırıb
atmışam,

Ağ oldum üzünə zülmün,
zillətin,

Var olsun dövlətim,
yurdum, millətim.

 

Şimşəyəm, göylərdə
parlayıb izim,

Nuruma qərq olub səhram,
dənizim,

Bizimdir işıqlı sabahlar,
bizim,

Od yaxtım bağrına çökmüş
zülmətin,

Var olsun dövlətim,
yurdum, millətim.

 

İnsanam, göy qapım aralı
qalıb,

Yad əldə Qarabağ maralım
qalıb,

Maralım nə vaxtdır yaralı
qalıb,

De nədir ilacım, nədir
illətim,

Var olsun dövlətim,
yurdum, millətim.

 

Küləklər şimaldan soyuyub
gəlir,

Dərdlər ağ kürkünü
soyunub gəlir,

Həqq deyən Nəsimi soyulub
gəlir,

Müşgülü nə çoxmuş azad
xilqətin,

Var olsun dövlətim,
yurdum, millətim.

 

Sən qəsrin, məbədim,
qalamsan, vətən,

Dilimdə ən şirin kəlamsan,
vətən,

Atamsan, anamsan,
balamsan, vətən,

Vicdanım, namusum, arım,
qeyrətim –

Var olsun dövlətim,
yurdum, millətim.

 

Məzlum millətin nəsibi
köləlik, aqibəti məğlubiyyət, axirəti cəhənnəmdir.

 

Saday Şəkərli


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler