Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vetege arzusunda olanların nezerine! – Bineqedide süni göl yaranıb

17 Ekim 2016

8:00 am


17/10/2016 [11:59]: xeber –
Dünəndən etibarən başlayan və bu gün şiddətlənən yağış paytaxt və
paytaxtətrafı bəzi ərazilərdə ciddi fəsadlara səbəb olub. İntensiv yağan
yağışlar Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində xüsusilə
aruzedilməz mənzərənin yaranmasına yol açıb. Belə ki, yollarda yığılıb qalan və
nəhəng göl yaradan yağış suları nəqliyyatın hərəkətini demək olar ki, tamamilə
iflic edib. Yağan yağış piyadaların hərəkəti üçün də ciddi maneə yaradıb.
Yaxınlıqda yaşayan vətəndaşların bir çoxu dükan və mağazalara getmək üçün
uzunboğaz çəkmələrdən istifadə etmək məcburiyyəti qarşısında qalıb. Binəqədidən
“Azadlıq” metrosuna gedən magistral yolda yüz metrlərlə uzanan və sözün həqiqi
mənasında vətəgəni xatırladan nəhəng göl yaranıb ki,  bu göldə çatışmayan yeganə şey balıqdır. Ümid
edirik ki, iş adamları və balıq həvəskarları sayt-ın təqdim etdiyi
fotolardan məlum gölün lazımi qiymətləndirilməsini aparacaq və həmin göldən vətəgə
kimi istifadə etmək təklifini dəyərləndirəcəkdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler