Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vehabilerin sözüne baxıb uşağımı öldürecekdim…”

09 Temmuz 2016

3:44 pm


09/07/2016 [19:43]: xeber –
Bu yaxınlarda tədqiqat məqsədi ilə Oğuz rayonunun Kərimli kəndində oldum. Kəndin tarixi ilə bağlı araşdırma apararkən, sakinlər mənə başlarına gələn maraqlı əhvalatları danışdılar. Onlardan birinin – Məmmədova Xuraman Əjdər qızının (Xuraman müəllimənin)  başına gələnləri moderator.az-ın oxucularına təqdim edirəm. Beləliklə, Xuraman müəllimə danışır:-Təzə gəlin olan vaxtlarımda yuxuda gördüm ki, dağın başında, böyük bir qəbrin yanındayam, yalvarıram ki, “Ay Zində baba, səndən bir oğul istəyirəm”.  Bir neçə gün dalbadal  bu yuxunu gördüm. Aradan bir müddət keçdikdən sonra  oğlum dünyaya gəldi. Zində babanın kim olduğunu, harada dəfn olunduğunu öyrənmək istəsəm də, buna nail ola bilmirdim. Günlərin birində həyətə dilənçi girdi, qaynanam ona nəzir verərkən, evə dəvət etdi ki, bir stəkan çay içsin. Dilənçi dedi: “Tələsirəm, Zində babanı ziyarətə gedirəm”. Dedim: “Kimi ziyarətə gedirsən?” Dedi: “Zində babanı”. Dedim: “Neçə ildir mən onu axtarıram, tapa bilmirəm”. Dedi: “Quba yolunun üstündə, dağın başındadır”. Mən ona nəzir verdim ki, ziyarətgaha qoysun. Nəhayət, aradan bir müddət keçdi, uşaq beş yaşa çatanda sudurğa keçirdi, ölüm ayağında oldu. Əl açdım göyə, dedim: “Ya Rəbbim, bu uşaq ayılsın, birinci sinfə gedən gün kəndimizdə olan, “Çərşənbə” pirində qurban kəsərəm”. Allah duamı qəbul etdi, həmin andaca uşaq ayıldı. Böyüyüb, birinci sinfə gedəsi oldu. Əhdimə əməl edərək, qurban kəsməli idim. Məscidə gedən və ərəblərin kitablarını oxuyan kişi qohumlarım qurban kəsməyə  icazə vermədilər. Dedilər ərəb müəlliflərinin kitablarında pirdə qurban kəsməyi qadağan edirlər. Uşaq üç gün dərsə gedəndən sonra, sağ biləyinin aşağısından çiban çıxdı, dörd ay əlinə qələm ala bilmədi, yoldaşları əlifbanı öyrənib başa çatanda bu ilk hərifləri yazmağa başladı. Aradan bir il də keçdi, yenə də qurbanı kəsməyə icazə vermirlər……Ürəyimə dammışdı ki, bu il də uşağa nə isə olacaq. Sentyabrın birində uşaq məktəbli formasını geyib ikinci sinfə yola düşürdü ki, pilləkəndən düşəndə ayağı ilişib yerə yıxıldı. Tərs kimi, yerdə, pilləkənin düz qabağında şüşə butılkanın qırığı  varmış. Bu, heç vaxt olmayan bir hal idi ki, yarıdan qırılmış butılka oturacaq hissəsi aşağı, sınıq hissəsi bıçağın ucu kimi ağzıyuxarı halda pilləkənin qabağında durubmuş. Sanki, kimsə qəsdən bunu bura qoymuşdu. Həmin bıçağabənzər butılka uşağın çənəsinin altından necə batdısa, məktəbli forması al qana boyandı. Təcili yardım çağırdıq, şüşəni çıxarıb, yarasını sarıdılar. Yaxşı ki, səs telləri zədələnməmişdi…Yenə də evdə qurban kəsib-kəsməmək üstündə söz-söhbət, mübahisələr qızışdı və kişilər imkan vermədilər ki, əhdimə əməl edəm. Beləcə, daha bir il də ötdü…Uşağın üçüncü sinfə getməsinə saylı günlər qalırdı. Yenə də ürəyim əsirdi ki, görəsən bu il nə baş verəcək? Allaha yalvarırdım ki, heç nə olmasın. Nə isə… Məktəb başlanmasına üç gün qalmış uşaq meyvə ağacından yıxılıb, sağ qolu qırıldı. Bu hadisədən sonra bütün qohumlar biri-birinə dəydi. Hamı başa düşdü ki, bütün bu olanlar qurbanı gecikdirdiyimizə görə baş verir. Atamgil də işə qarışdılar, nəhayət bir qoç alıb, “Çərşənbə” ziyarətgahında kəsəndən sonra uşaqda heç bir problem olmadı. Vəhabi yazarların sözünə baxıb, az qala uşağımın ölümünə bais olacaqdım… Söhbəti qələmə aldı: Paşa Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler