Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vehabiler rayonlardan Bakıya axışır – Terror paytaxtın bir addımlığında

06 Kasım 2016

10:28 am


06/11/2016 [14:24]: xeber –
Rusiya mənbələrindən həyəcan siqnalıAzərbaycanın rayonlarından vəhabi təriqətinə məxsus şəxslər ailələri ilə birlikdə paytaxt Bakıya axın etməyə başlayıblar. -aradağ və Yasamal rayonlarında aparılan araşdırmadan məlum olub ki, bölgələrdən gələn vəhabilər kirayə evlər tutur və orada məskunlaşırlar. Təriqət üzvlərinin son həftələrdə çoxalmasını rayonlarda yaşayan sakinlər də təsdiq edirlər. Lakin sakinlər ünsiyyət qurmaqdan qaçdığı vəhabilərin Azərbaycan rayonlarından, yoxsa digər ölkələrdən gəldikləri barədə heç bir məlumata sahib olmadıqlarını deyirlər.Rus mənbələrdən xəbərdarlıqRusiya KİV-lərində radikal sələfi-vəhabi təriqətinin daşıyıcı olan “Qaidə” şəbəkəsinə daxil terror təşkilatlarının (İŞİD, “ən-Nüsra”) üzvlərinin tədricən Yaxın Şərqdən çıxmaları barədə məlumatların yayıldığı vaxt bu, narahatlığa səbəb olmalıdır. Rusiya mənbələri yazırlar ki, Suriya və İraqdan qaçmağa başlayan Orta Asiya, Rusiya, o cümlədən Azərbaycandan olan radikal vəhabilər öz ölkələrinə qayıtmağa başlayıblar. Birdən-birə təriqət mənsublarının paytaxtda çoxalmaları da müəyyən ehtimallar yaradır.Radikalların məkan axtarışıQaradağ rayonunun Ələt qəsəbəsində bir neçə gün əvvəl sərnişin avtobusunun partlatmaq istəyən terrorçunun zərərsizləşdirilməsi də bu təhlükədən xəbər verir. Məlumdur ki, “Ömər” ləqəbli A.Quliyev oktyabrın 26-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində zərərsizləşdirilib. DTX əməkdaşları terrorçuluq fəaliyyətində şübhəli bilinən 21 yaşlı A.Quliyevin Bakı-Ələt yolunda hərəkətdə olan Bakı-İstanbul avtobusunda olduğunu müəyyənləşdirib. Əməliyyatçılar A.Quliyevi avtobusdan endirmək istəyərkən o, üzərində olan əl qumbarasını partlatmağa cəhd edərək müqavimət göstərməyə çalışıb. Bu zaman DTX əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək avtobusda olan şəxslərin və Bakı-Ələt yolunda olan digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə “Ömər”ə atəş açaraq onu zərərsizləşdirib. A.Quliyevlə yanaşı daha bir terrorçu məhv edilib, daha biri isə tutulub. Müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər. Şəbəkələşmə prosesinə start verilib?Təhlükəsizlik üzrə ekspertlər Yaxın Şərqdən qaçaraq Azərbaycana üz tutan, o cümlədən ölkənin özündə fəaliyyət göstərən radikalların şəbəkələşməyə başladıqlarını istisna etmirlər. Hesab olunur ki, bu, Suriya və İraqda sıxışdırılan “Qaidə” şəbəkəsinin özünə yeni məkan axtarışının nəticəsidir. Ekspertlər paytaxtda artan vəhabilərin “Qafqaz camaatı”nın üzvləri olması ehtimalını da gözardı etmirlər. Hüquq mühafizə və təhlükəsizlik orqanlarının paytaxt və ətrafında, bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndirməsi də terror təhlükəsinin ölkəmizə yaxınlaşmasından xəbər verir.(Cebhe.info)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler