Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vatçap”ına atasının şekilin qoyan qızlar…

10 Ağustos 2016

8:36 pm


11/08/2016 [00:35]: xeber –
Mobil telefon çıxandan sonra insanlar bir az da səbirsizləşdilər. Ən yaxın dostunun telefonda sənə yazdığı məktubuna bir – iki dəqiqə gec cavab yazanda əsbiləşir. Amma, hansı ki, insanlar o vaxtlar bir – birilərinə yolladığı məktubun cavabını aylarla gözləməli olurdular.Ümumiyyətlə bizdə mobil telefonla rəftar bərbad vəziyyətdədi. Ən əsası da ictimai yerdə. Məsələn: elə gündəlik istifadə etdiyimiz ictimai nəqliyyatda mobil telefonu qulağına qoyan kişi və ya qadın nə xəstə anlayır, nə cavan, nə də qoca. Özünü avtobusta tək hiss edirmiş kimi o ki var danışır.Bu yaxınlarda avtobusla şəhərə gedərkən bir xanımın mobil telefonuna zəng gəldi. Xanıma telefonun o başında nə dedilərsə, xanım əsəbiləsib belə cavab verdi:- Bilirsən mən kiməm? Gələrəm ora bilirsən də səni neyləyərəm.Yaxşı ki, sonuncu dayanacaq idi, xanımın ət tökən dialoqundan güclə canımı qurtarıb avtobustan düşdüm. İndi durub desən ki, ay xanım, bura ictimai yerdi, belə danışma. Sənin özünü borclu çıxaracaq.Ümumiyyətlə mobil telefon və internet kəşf ediləndən sonra adamlar demək olar ki, şəkil çəkdirmək xəstəliyinə düşüblər. İçi özüm qarışıq: harada olsaq orda bir şəkil çəkdirib sosial şəbədəki səhifələrimizdə paylaşırıq.Mobil telefonumun vatçap bölümündə xeyli dostlarım var. Xüsusi ilə xanım dostlarımın profil şəkilləri hər dəfə məni çaş – baş salır. Bir də görürsən ki, yaxın qohumlardan olan qadın vatçapdakı profil şəklinə kürəkənin şəkilin qoyub. Vallah ayıbdı. Kürəkən hara, qaynana hara. Ən azından belə münasibətlərdə bir az distansiyanı saxlamaq lazımdı. Və ya xanım dostlardan bir çoxu vatçap profilinə qohumlarından elə adamlarının şəklini qoyur ki, tanımırsan. Həmən gün ya o, adamın doğum günüdü, ya toyudu, ya da həmin adamın ölümündən bir neçə il ötür.Bu yaxınlarda vatçapda bığıburma bir kişi mənə: “Sabah görüşək?” – deyə yazdı. Ürəyim qırıldı. Fikirləşdim ki, görəsən neyləmişəm bu adam məni axtarır. Olmaya hansısa bir məmuru qıcıqlandıracaq yazı yazmışam. Evə gedəcəyik, bir – iki saat yanında olacam – deyəndə lap pis oldum. Sonradan anladım ki, xanım dostumdu sadəcə profilinə atasının şəklini qoyub.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler