Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vanqanın ölüm anındakı SÖZLƏRİ: ”Bütün dehşetleri…”

18 Ekim 2016

11:00 am


18/10/2016 [14:57]: xeber –

 1911-ci ildə Makedoniya ərazisində anadan olan
bolqar əsilli görücü Vanqanın gələcəklə bağlı proqnozlarından bu gün də
danışılır. Onun öngörülərinin 80 faizinin doğru çıxdığı söylənilir. Bu
proqnozların arasında II Dünya Müharibəsi, İndira Qandinin ölümü, Hitlerin məğlubiyyət
və ölümü, Obamanın hakimiyyətə gəlməsi, Berlin divarlarının aradan götürülməsi,
Putinin hakimiyyətə gəlməsi və s. faktlar var.

Kor kahin kimi tanınan Vanqa dünyanın yaşadığımız
ildən sonrakı durumu haqqında da sensasiyalı  proqnozlar səsləndirib. Onların arasında,
Çinin əsas iqtisadi gücə çevriləcəyi, Avropanın tamamilə kasıblayacağı,
iqtisadi böhranla üz-üzə qalacağı, ABŞ-ın təbii fəlakətlərlə üz-üzə duracağı,
insan genində ciddi və inqilabi dəyişimlərin olacağı kimi söyləntilər var.
Vanqa bəşəriyyət tarixində az qala bütün insanların maraq dairəsində olan Qiyamət
günü haqqında da proqnozlar irəli sürüb. Qiyamət günü haqqında danışarkən artıq
ömrünün son günlərini yaşayırdı.

Kor Vanqa 1996-cı ildə döş xərçəngi səbəbindən
dünyasını dəyişir. Ölüm anında son sözlərini deyərkən  yenə qiyamət gününü unutmur və bütün insanlara
çağırış edir. O, öz çağırışında ölüm gününü bildiyini, hansı şəraitdə öləcəyinin
əvvəlcədən ona məlum olduğunu da qeyd edib:

 

sayt Kor Vanqanın ölən zaman yanındakı insanlara  dediyi son sözləri təqdim edir:

“Öldükdən sonra insanın vücudu çürüyür. Bədəndən
bir parça qalır ki, o heç vaxt çürümür. Bu ya ruhdur, ya da adını bilmədiyim
bir şeydir. İnsandan geriyə yalnız o qalır. Çürümür, daha da böyüyür. Daha üst
mərtəbələrə, daha uca məqamlara doğru gedir. Bu məqamlar ruhun sonsuzluğudur.
Bir-birinizdən nifrət etməyin, bir –birinizi sevin!

Siz gecələr sükut içində yatarkən mən daim Göylərin
səsini dinləyərdim. Göy üzündəki zənglərin eyni ahənglə çalındığını və bütün
canlıların bu ahəngə, ritmə necə tabe olduğunu eşidərdim. Həmin gecələrin
sonunda çiçəklərin nə zaman açacağını, xoruzların haçan banlayacağını da
bilirdim.  Əgər hər gördüyümü sizlərə anlada
bilsəydim….

Kainatın bildiyim, amma, sizlərə söyləyə bilmədiyim
sirləri… Onlar necə də çoxdurlar. Necə də dəhşətlidirlər…  Məndəki sirlər bir səddi, bəndi yıxacaq qədər
çoxalıb, artıb. Artıq həmin bəndin divarları sökülür. Tanrı yardımçınız olsun””

 

Elmin Nuri

 

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler