Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Valideynlere şad xeber…

14 Temmuz 2016

3:28 pm


14/07/2016 [19:27]: xeber –
Yaxşı görmək qabiliyyəti – bütün uşaqların sağlam həyat tərzi üçün şərtdir!Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin statistik məlumatlarına əsasən, hazırda mindən çox uşaq göz xəstəliklərindən əziyyət çəkir:* miopiya * hipermetropiya* çəpgözlük* astiqmatizm* göz tənbəlliyi …Həkim-oftomoloqlar müəyyən edib ki, son 10-15 ildə görmə qabiliyyəti əngəlli uşaqların sayı artmaqdadır. Yaxşı görə bilmək – hər bir uşaq üçün olduqca vacibdir. Çünki ətraf mühiti yalnız yaxşı gördükdə, onu tam qavramaq mümkündür. Ən kiçik uşaqlar üçün onların görmə qabiliyyətinin normal səviyyədə inkişaf etməsi çox önəmli faktordur. Yeniyetmələrdə bu digər problemlərlə özünü biruzə verir: məktəbdə böyük fiziki gərginlik, görmə qabiliyyətini zəiflədir ki, bu da daha sonra böyük fəsadlara səbəb ola bilir.Uşaq göz həkimləri hər dəfə valideynlərə xatırladaraq bildirilər ki, görmə ilə bağlı problemlər nə qədər tez aradan qaldırılarsa, bir o qədər yaxşı nəticə əldə etmək mümkündür. Görmə qabiliyyəti uşaqlarda daha elastikdir ki, ona müdaxilə etmək və nəticə əldə etmək, böyüklərə nisbətən daha uğurlu hesab edilir. Lakin zaman ötdükcə vəziyyət dəyişə bilər. Əsas odur ki, uyğun zamanı itirməyəsən!Məhz uşaq yaşlarında əməliyyat olunmadan yaxşı görmə qabiliyyətinə sahib olmaq mümkündür. Lakin bunun üçün zamanında icra edilmiş diaqnostik müayinə və müalicə böyük rol oynayır. Bəzən xəstəliyin aşkar edildiyi zamandan çox şey asılı olur. Axı uğur əldə etmək üçün həvalə olunan şansı bir andaca itirmək mümkündür… Gizlin məqamların reallaşmasını gözləməyə ehtiyac yoxdur. Övladlarınızı mütəxəssislərə həvalə edin və onların görmə qabiliyyətinin düzgün inkişaf etdiyindən əmin olun. Xatırladaq ki, göz xəstəliklərinin vacibliyini nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən Bioloji Təbabət Klinikasında bütün iyul ayı boyunca uşaqların ödənişsiz oftomoloji müayinəsi aksiyası davam edəcək. Valideynlərin fürsətdən istifadə edərək, tam diaqnostika keçirərək, mütəxəssislərin məsləhətlərini, uşaqların görmə qabiliyyəti və səviyyəsi haqqında tibbi proqnozları almaq, eyni zamanda müayinə əsasında tam profilaktik proqramın təşkil olunması imkanı əldə edə biləcəklər. Qeyd edək ki, Bioloji Təbabət Klinikasının uşaq oftomoloji şöbəsində çalışan bütün həkim-oftomoloqlar uşaqlarla işləmək baxımından təcrübə və yüksək kvalifikasiyaya sahibdirlər. Onlar ən müasir metodiki bilgilərlə ən az yaşlı pasientlərlə də, asanlıqla ünsiyyət tapa bilirlər. Bu isə öz növbəsində müalicəni nəinki efektli edir, eyni zamanda da, həm uşaqlar, həm də valideynlər üçün daha komfortlu müalicə şəraiti yaradır.Hazırda elan olunan ödənişsiz müayinə aksiyası isə hər bir ailə büdcəsi üçün qənaət etmək kimi üstünlüyü ilə də, diqqət cəlb edir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler