Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Valideyn seriştesinin artırılması” kitabının teqdimatı keçirilib- FOTO

21 Eylül 2016

5:12 pm


21/09/2016 [21:11]: xeber –
“Valideyn səriştəsinin artırılması” kitabının təqdimatı keçirilib.sayt -ın məlumatına görə, tədbiri ekspert, “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev açıb: “24 oktyabr 2013-cü ildə dövlətimizin qarşısında duran yeni strateji vəzifə kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” rəsmən qəbul edilib. Zamanın bizdən tələbi təkcə geri qalmamaq deyil, biz irəli getməli, qabaqcıl təcrübəyə uyğunlaşmalı, yeni naliyyətlərə imza atmaqdır. Adətən bu fikirdən sonra deyirlər ki, təhsilsiz həmin uğurlara addımlamaq mümkündür. Ona görə də, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bizim üzərimizə tarixi vəzifələr qoyur. Bunlar yalnız pedaqoji vəzifələr deyil, xalqımızın gələcəyinin qurulmasıdır. Təhsil artıq tale məsələsidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır.Valideynlərin təhsil prosesində yeni rolu çağdaş tələblərdən biri kimi ortaya çıxır. Bu rol pedaqoji və psixoloji praktikanın əvvəlki tələbindən xeyli fərqlidir. Yaxşı təcrübə yeni uğura yol açır. Valideynlərin təhsil prosesinə hazırlanması, səriştələrə yiyələnməsi təhsil sisteminin yeni vəzifəsinə çevrilir. İndi valideynlərin təhsil prosesində pedaqoqlarla ciddi əməkdaşlıq etməsi, təhsil prosesinin iştirakçısına çevrilməsi və bu işdə bacarıqlara sahib olması məqsədə çevrilib.Nəzərinizə çatdıraq ki, strategiyasında uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması nəzərdə tutulur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində nəzərdə tutulan “Səriştəli valideynlər” proqramı hələ də mövcud deyil və təşkilatımız bu sahədə öz tövhəsini verməyə cəhd edir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler