Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Valerian qutularını boşaltdıq” – Gümüş medalçımızın atası

09 Ağustos 2016

2:08 pm


09/08/2016 [18:07]: xeber –
Rio Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına ilk medalı qazandıran Rüstəm Orucovun atası Fəzail Orucov apasport.az saytına müsahibə verib.sayt həmin müsahibəni təqdim edir:- Oğlunuz Rioda Azərbaycan yığmasına ilk medalı qazandırdı. Təəssüratlarınız necədi?- Bəli, oğlum Olimpiadada Azərbaycan yığmasına ilk medalı qazandırdı. Bununla fəxr edirəm. Bu medalı təkcə mən yox, bütün Azərbaycan gözləyirdi. Çox sağ olsun.- Ondan bu nəticəni gözləyirdizmi, yoxsa Rüstəm Olimpiadaya “qızıl” üçün yollanmışdı?- Açığı, Rüstəm Braziliyaya çempionluq, medal üçün getmişdi. Təbii ki, “qızıl” olsaydı, daha yaxşı olardı. Demişdi ki, avqustun 22-də medalla qayıdacağam.- Yəqin ki, artıq oğlunuzu təbrik etmisiz. Maraqlıdı, ona nələr dediz?- Dedim ki, Allah canını sağ eləsin, xoşbəxtik ki, bizə bu gözəl həyəcanları yaşatdın. Dedim, sıxılma, ikinci yer də “qızıl”a bərabərdi. İnşallah, buraxdığın səhvləri düzəldib, gələcəkdə onunla yenidən qarşılaşacaq və qalib gələcəksən.- Rüstəmin görüşlərini necə və harada izləyirdiz?- Evdə ailə üzvləri ilə birgə izləyirdik. Anası, həyat yoldaşı və mən idim. Təəssüf ki, ilk iki görüşünə baxa bilmədik, çünki canlı yayımlamadılar. Amma yarımfinal və final döyüşlərini izlədik.- Sizin üçün onun hansı döyüşü daha çətin keçdi?- Bizim üçün ən həyəcanlı görüş yarımfinal qarşılaşması idi. Çünki orda medalın taleyinə aydınlıq gəlirdi. Məğlub olsaydı, medal qazanmaq şansı daha da azalacaqdı. Belə olsaydı, bürünc medal üçün Olimpiya çempionu olan gürcüstanlı Laşa Şavdatuşviliyə qarşı mübarizə aparacaqdı. Amma israilli Sagi Muki yarımfinalda məğlub edəcəyi halda ən azı gümüş medalı təmin edəcəkdi. Bu üzdən də həmin döyüş bizim üçün daha həyəcanlı keçdi. Şükürlər olsun ki, qələbə qazandı.- Rüstəmin qarşılaşmaları zamanı anası, həyat yoldaşı, yoxsa siz daha çox həyəcan keçirirdiz?- Heç özümüzə yer tapırdıq ki? “Valerian” içməkdən qutularının hamısını boşaltmışdıq. Bu hissləri izah etmək mümkün deyil, yaşamaq lazımdı.- Medal qazandıqdan sonra evinizə təbrikə gələnlərin sayı çoxdumu?- Dost-tanış, qohum-əqraba hamısı təbrik etdi. O, bu medalı təkcə valideynləri üçün deyil, bütün Azərbaycan üçün qazanıb.- Sizcə finalda yaponiyalı cüdoçuya nədə uduzdu?- Açığı deyim ki, yaponiyalı idmançı bu çəkinin ən güclüsü idi. İki dəfə dünya çempionu olub. Uduzmayan idmançıdı. Rüstəm onunla iki dəfə qarşılaşıb, hər ikisində uduzub. Birinci dəfə Fransada “Böyük dəbilqə” turnirinin finalında üz-üzə gəlmişdilər. Sizi inandırım ki, hələ burda olanda bizə deyirdi ki, finalda yaponla düşəcəm. O, bunu hiss edirdi. Hissiyyatı onu aldatmadı. Etiraf etmək lazımdı ki, Ono Şohei güclü idmançı idi. Hazırkı gündə həmin çəkidə ona rəqib yoxdu. Düzdü, Rüstəm də zəif idmançı deyil. Finalda da ona qarşı pis güləşmədi. Sadəcə idmandı. Psixoloji cəhətdən kim bir az yaxşı hazırlaşırsa, qələbəni qazanır. Yəqin ki, yaponiyalı bir addım irəlidə idi.- Onun “gümüş” qazanmasına çox sevindiz, yoxsa “qızıl”ı əldən verməsinə üzüldüz?- Mən üzülmədim. Olimpiadanın hər medalı “qızıl”a bərabərdi, tarixə düşürsən. Əlbəttə, bu, onun üçün böyük nailiyyətdi. Adını Azərbaycanın cüdo tarixinə yazdırdı.- Fikirləşmirsiz ki, bəlkə də valideynləri Rioda olsaydı, onda əlavə ruh yüksəkliyi yaranardı?- Yox, mənə elə gəlir ki, Rüstəm tam hazır idi. Sadəcə, yapon bir balaca ondan üstün idi. Bir valideyn kimi bunu etiraf edirəm.- Oğlunuz yarışdan sonra onu cüdo bölməsinə yazdırdığınız üçün sizə və anasına minnətdarlıq edib. Onu başqa idman növünə deyil, məhz cüdoya yazdırmağınızın səbəbi nə olmuşdu?- Onun fəallığı, hərəkətli olmağı səbəbindən cüdonu seçdik ki, bütün enerjisini sərf etsin. Bunun üçün ən yaxşı idman növlərindən biri cüdo idi. Enerjisini sərf etdikcə də nailiyyətlər qazanırdı.- Rüstəm İrkutskda anadan olub və idmanın sirlərini orda yiyələnməyə başlayıb. Həmin dövrü necə xatırlayırsız?- Bəli, o, Rusiya məktəbi keçib, ilk addımlarını orda atıb. 8 yaşından cüdo bölməsinə yazdırmışam. Məşq elədiyi zalda hazırda onun böyük şəklini asıblar. Rüstəm haqda İrkutskda yazılar yazılıb, verilişlər hazırlanıb. Deyirdilər ki, o, bizim yetirməmizdi. Veriliş Kazanda keçirilən Avropa çempionatında Rüstəmin qızıl medal qazanmasına həsr olunmuşdu. Rusiyada yeniyetmələr arasında vilayət yarışlarının qalibi idi. Həmin medallar hazırda da evdə durur. Artıq 11 ildi ki, Bakıya köçmüşük.- Rüstəmin uşaqlığı ilə bağlı nə deyə bilərsiz? Sakit, yoxsa dəcəl olub?- Elə dəcəl uşaq deyildi, sadəcə, çox aktiv idi. Mərdimazarlıq edən uşaq olmayıb. Bacarığı ilə seçilib. Özünü ora-bura vuran olsa da, dalaşqan olmayıb.- Əksər idmançılar təhsili ikinci plana atırlar. Rüstəm də eyni addımı atmışdı?- Məktəbdə pis oxumurdu. Sadəcə, burda onun şəxsi məşqçisi, Azərbaycan yığmasının çalışdırıcısı Fərhad Məmmədov mənə dedi ki, bu uşağı idmandan ayırma.- Sizin nəsildə başqa idmançı varmı, yoxsa Rüstəm ilkdi?- Bəli, var. Bu ənənəni də davam etdirmək istəyirik. Gələcək uşaqlarımıza, nəvələrimizə bunu aşılamaq istəyirik. Sumqayıtda Rəcəblilər nəsli olduğu kimi, istəyirik idmanda Orucovlar nəsli də olsun.- Rüstəm Olimpiadanın gümüş medalçısı kimi dövlət tərəfindən pulla da mükafatlandırılacaq. Bunu hara xərcləməyi planlaşdırırsız?- Bu barədə heç fikirləşməmişik. Mənə ən vacibi onun medal qazanması, yer tutması idi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler