Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vahid Əlekberovun yaxtası dünya şousunda birinci oldu

28 Eylül 2016

12:32 pm


28/09/2016 [16:29]: xeber –
Monakoda keçirilən ənənəvi “Monaco Yacht Show” yaxta şou-sərgisində azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərova məxsus 70 metrlik yaxta ən yaxşı yeni yaxta və ən yaxşı dizayn kateqoriyalarında dünyanın ən yaxşı yaxtası adına layiq görülüb.Oxu.Az xəbər verir ki, bu barədə “YachtHarbour” məlumat yayıb.Yaxta Hollandiyanın “Heesen” tərsanəsində cəmi 41 aya yığılıb və bu il milyarderə təqdim olunub. Yaxta-şouda Ələkbərovun yaxtası 13 yaxta arasından birinci seçilib. “Hesab etmirəm ki, ən yaxşı yeni yaxta mükafatını “Galactica Super Nova”nın qazanması kimlərisə təəccübləndirdi. Yaxtanın dizayneri Espen Oenio hazırda dünya yaxta dizaynı üzrə ən yaxşı mütəxəssisdir və onun layihələri həmişə uğur qazanır”, – “YachtHarbur”un əsasını qoyan Dmitri Semenixin “Forbes”ə bildirib.O qeyd edib ki, “Heesen” tərsanəsi özünün ən yüksək tikinti keyfiyyəti və texniki innovasiyaları ilə fərqlənir. Ələkbərovun yaxtası ölçülərinin böyük olmasına baxmayaraq, saatda 30 uzl sürətlə hərəkət edir.“Onların (Heesen) ən iri yaxta bu mükafatın qalibi olması məntiqidir”, – “Forbes”in həmsöhbəti bildirib.Monako yaxta-şousu bu gün işə başlayıb və oktyabrın 1-nə qədər davam edəcək. Mərasimdə dünyanın bir çox məşhurların və milyarder-oliqarxların yaxtaları iştirak edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler