Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vahid Əhmedovdan problemli kreditlerle bağlı teklif: “Agentlik yaradılsın”

02 Kasım 2016

4:36 pm


02/11/2016 [20:34]: xeber –
Hazırda ölkə iqtisadiyyatının, əsasən də bank sektorunun ən böyük problemlərindən biri problemli kreditlərin həcminin günbəgün artmasıdır. Artıq problemli kreditlərin həcmi 1,5 milyard manatı geridə qoyub. Həm mətbuatın gündəmində, həm də hökumət rəsmilərinin çıxışlarında ən aktual məsələlərdən biri də problemli aktivlərin bərpa olunmasıdır. Geri dönməyən kreditlər əmanətlərin qaytarılmasına problem yaratmaqla yanaşı, bankların müflis olmasına da gətirib, çıxarır.Problemin aktual olduğu hazırki məqamda deputat Vahid Əhmədov maraqlı təkliflərlə çıxış edib.Deputat bildirdi ki, vaxtı keçmiş kreditlərlə əlaqədar dünya praktikası var və Azərbaycanda da o təcrübədən istifadə edilə bilər: “Çində, Asiya və Cənubi Amerika dövlətlərində belə problemlər yaşanıb. Vaxtı keçmiş kreditlərin miqdarı çoxalanda xüsusi qurum yaradırlar. Vaxtı keçmiş kreditlərin qaytarılması ilə bağlı agentlik yaradırlar və bu agentlik birbaşa  dövlət başçısına tabe olur. Azərbaycanda da Maliyyə Bazarlarına Nəzarət Palatası var. Bu palata həmin agentliyi nəzarətdə saxlamalı və yoxlamalıdır. Bu problem vaxtında önlənməsə, gələcəkdə daha böyük çətinliklər yarada bilər. Çünki bankların sağlamlaşdırılması üçün bu, çox vacibdir. Hətta Beynəlxalq Bankda problemlər yaşananda 2,5 milyon aktivi “Azərkreditbanka” verdilər. Mən hesab edirəm ki, “Azərkreditbank”ın və Beynəlxalq Bankın aktivləri də həmin agentliyə verilməli idi, o agentlik də vaxtlı-vaxtında dövlət başçısına məruzə etməli idi. Yoxsa, zaman keçdikcə problemli aktivlərin miqdarı artır. Bu, bizim üçün böyük təhlükədir. Biz bank sistemini sağlamlaşdırmaq istəyiriksə, bunu həyata keçirmək lazımdır”.Problemli kreditlərin faizlərinin hesablanması prosesinin dayandırılmasına gəlincə, Vahid Əhmədov bunun qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etdi: “Bu, qanunda yoxdur. Ancaq bir iqtisadçı kimi mən bunu doğru hesab edirəm. Əgər sən mənim qoyduğum əmanətə faiz vermirsənsə, mənim  götürdüyüm kreditə niyə faiz hesablayırsan? Axı həmin krediti də mənim əmanətlərimin hesabına verirsən. Burada absurd məqamlar var, qanunda bu  məsələyə mütləq aydınlıq gətirilməlidir”.(Musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler