Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vahid Əhmedov Quba rayonunda növbeti defe seçileri ile görüşdü – Fotolar

24 Ağustos 2016

7:36 am


24/08/2016 [11:32]: xeber –
 Millət vəkili Vahid Əhmədov Quba rayonunda növbəti dəfə seçiləri ilə görüşərək onları qəbul etmişdir.Ənənəyə uyğun olaraq seçicilərə Milli Məclisin və deputatın fəaliyyəti barədə məlumatlar verilmiş, sonra isə qəbula yazılmış 106 nəfər Quba və qonşu Xacmaz rayonundan olan sakinlər təkbətək qəbul edilmişlər.İşə düzəlmə, evlərinin təmiri üçün inşaat materiallarının ayrilması, kənd yollarının abadlaşdırılmaası, banklarla yaranmış kredit problemləri, sosial yardımların təyini, əlillik pensiyalarının təyini zamanı yaranan əngəllər və bu kimi çoxsaylı digər suallar vətəndaşların müraciətlərində öz əksini tapmışdır. Bir sıra məsələlər qəbul zamanı öz müsbət həllini tapmış, vətəndaşların yazılı ərizələri qəbul edilmiş, qaldırılan məsələlərin həlli prosesinin istiqamətləri müəyyənləşdirilmişdir.Qəbuldan sonra rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə ğörüşdə əhalini maraqlandıran bir sira məsələlər barəsində fikir mübadiləsi olmuşdur.Bir neçə məsələ ilə bağlı yerindəcə müsbət qərarlar qəbul olunmuşdur.  Deputatın təşəbbüsü və birbaşa nəzarəti altında İkinci Kənd İnvestisiya Layihəsi əsasında rayonun Qələdüz kəndində içməli su xəttinin çəkilməsinə həsr olunmuş tədbir keçirilmiş, millət vəkili və rayon rəhbərliyi bu tədbirdə iştirak edərək kənd əhalisinin arzu və təkliflərini dinləmişlər.Çıxış edənlər millət vəkilinə ğöstərdiyi təşəbbüsə ğörə minnətdarlığını bildirərək, belə xeyirxah işlərin bundan sonra da davam etdirilməsini arzulamışlar.Millət vəkili öz çıxışında bu Layihə əsasında rayonun İsnov,Barlı,Zərdabi,Tüləkəran kəndlərində yolların təmir olunduğunu, Susayqışlaq və Dəlləkli kəndlərində su xətlərinin təmir edildiyini qeyd edərək cari ildə bu işlərin davam etdiriləcəyini qeyd etmişdir.            Vətəndaşların növbəti qəbulu sentyabr ayına planlaşdırılmışdır. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler