Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vahid Əhmedov növbeti defe seçicileri ile görüşdü -FOTOLAR

12 Ekim 2016

7:48 am


12/10/2016 [11:46]: xeber –
Milli Məclisin deputatı Vahid Əhmədov növbəti iş gününü Qubada keçirmişdir. Seçiciləri ilə görüşən millət vəkili Məclisin payız sesiyalarında görüləcək işlər barəsində onlara məlumat vermiş, əhalini maraqlandıran suallara cavab verərək onların qayğıları ilə maraqlanmışdir.sayt xəbər verir ki,  Qubada alma bayramının təşkilindən və yüksək səviyyədə keçirilməsindən razıliq edən deputat belə tədbirlərin keçirilməsini vacib saymış, bunun əhalini meyvəçiliklə bağlı düşündürən məsələlərin həlli üçün bir fürsət də olduğunu vurğulamışdır.Görüşdən dərhal sonra qəbula yazılmış Quba və qonşu Xaçmazdan olan 82 vətəndaşı təkbətək qəbul etmişdir.Hər bir vətəndaş diqqətlə dinlənilmiş, onları maraqlandıran məsələlər köməkçi tərəfindən qeydiyyata alınmış, həlli rayon səviyyəsində mümkün olan məsələlərə operativ şəkildə baxılmışdır. Təəsüfləndirici hal kimi rayonda ali təhsilli gənclərin işsizliklə bağlı coxsaylı müraciətləridir.Təhsilsiz cavanlar arasında da işsizlik halları coxalmaqdadır.İmkansızlıq, müalicə üçün imkanlarının məhdud olması, qışın gəlişi ilə bağlı artan qayğılar, evlərin təmiri, qaz, işıq və suyun verilməsində sabitliyin olmaması seçiciləri qayğılandıran problemlər sırasındadır. Bütün problemlərlə bağlı atılacaq addımlar müəyyənləşdirilmiş, yazılı müraciətlər baxılması üçün nəzrətə götürülmüşdür. Deputatı qayğılandıran məsələlərdən biri də kənd yollarının tikintisi və abadlaşdırılmasıdır.Millət vəkilinin dəvəti ilə Qubaya gələn Azəravtoyol ASC-nin sədri Saleh Məmmədovla birgə Prezidentin Rustov-Məckəxacə,Rustov-Nöydün-Şuduq, Rustov-Xənəgah-Gürdəh,Rustov-Baxçalı-Yekdar kənd yollarının tikintisi ilə bağlı sərəncamının icrasına uyğun görülən işlərlə yerində tanış olmuşlar.İşlərin yüksək keyfiyyətlə və qrafıkə uyğun aparılması qeyd olunmuş, kənd ağsaqqalarının fikirləri və arzuları dinlənilmişdir. Kənd camaatının yolun çəkilişi ilə bağlı əlavə təklifləri Saleh Məmmədov tərəfindən diqqətlə qarşılanmış, icrası barədə müvafiq göstərişlər verilmişdir.Millət vəkili Azəravtoyol ASC-nin sədrinə dəvətini qəbul edərək rayona gəldiyinə, işlərin yüksək səviyyədə təşkili və keyfiyyətlə aparəlmasına, əhalinin əlavə təklif və arzularına qayğı ilə yanaşdığına görə öz təşəkkürünü bildirmişdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler