Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üzünün Nuruna heyran kesilib Göyde Güneş…

02 Ağustos 2016

9:04 pm


03/08/2016 [01:01]: xeber –
Kimsən, nəçisən aləmi-mə’nadə, ey insan? –Yoxdursa canın bir güli-rə’nadə, ey insan!Ver könlünü bir şux gözələ, cənnətə üz tut,Məhv eyləmə öz ömrünü rö’yadə, ey insan!Eşq aynasıdır Xaliqi göstərməyə qadir,Eşqin əvəzi yoxdu bu dünyadə, ey insan!Nurlanmasa dünyadə əgər Eşq ilə ruhun, Zülmət olacaqdır yerin üqbadə, ey insan!Gül busəsi dər Sevgili Yarın Qədəmindən,Məhduddu zaman, vermə günü badə, ey insan!Cananə əsir olmasa ruhun, köləsən sən,Olmaz, ola bilməz canın azadə, ey insan!Yavər Həsənin hər sözü aydındı Günəştək,Yavər Həsənin hər qəzəli – sadə, ey insan!***Canımın Yusifi bu zülfü Züleyxayə fəda,Könlümün Qeys ilə Məcnunu bu Leylayə fəda.Ömrümün şirinidi, canımı Fərhad edərəmKi, ola zövq ilə bu üzdəki bu Ayə fəda.Əslidən min dəfə göyçək gözəlim var mənim,Ruhumun Xan Kərəmi Nuri-təcəllayə fəda.Çıx bədəndən, məni tərk eylə, a canim, gedib olTanrıdan qismətimə buta gələn payə fəda.Eylərəm, hər nə qədər saqiyü sağər cəmi var,Sənəma, nazi-şirinindəki səhbayə fəda.Zahida, canımı mən yarə fəda eyləmişəm,Sən ver öz canını, gər var isə, xülyayə fəda.Yarımın hüsnü Xuda güzgüsüdür zövqüm üçün,Yavəra, eyləmərəm zövqümü dünyayə fəda.***Güzgülər surətinin nəqşinə heyrətdə qalıb,Güzgülərdən özünü gizləmə xəlvətdə qalıb.Kim görüb surətini bəndədə Allahı görüb,Görməyən surətini xaneyi-qəflətdə qalıb.Üzünün Nuruna heyran kəsilib Göydə Günəş,Üzünün Nuru üçün kölgənə minnətdə qalıb.Verib Eşq aləminə cümlə gözəllikləri Həq,Zahidin fikrinə bax ki, hələ cənnətdə qalıb.Eşqi dərk eyləməyib bir zaman İblis məl᾿un,Eşqə xain çıxıb, onçun adı nəhlətdə qalıb.Bir səma ver səri-kuyində məni-bimarə,Qəfəsi-sinədə könlüm quşu möhnətdə qalıb.Sənə Yavər Həsənin fikrini aşkar etdim,Kəsirəm söhbətimi mən yenə söhbətdə qalıb.Yavər Həsən


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler