Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üzümün inanılmaz -FAYDALARI

30 Ağustos 2016

8:48 am


30/08/2016 [12:45]: xeber –
Yay fəslinin son günlərini yaşayırıq. Bu dövrün ən sevilən meyvəsi üzümdür. Avqust ayının sonlarından başlayaraq payız bitənə qədər üzüm süfrəmizin bəzəyi olur. sayt bu ləziz meyvənin sağlamlığımızın qorunmasındakı rolunu oxucularına çatdırır. Vitamin və minerallarla zəngin meyvə olan üzüm, yayın sonu və payızda təzə, qışda da quru olaraq yeyilir. Eyni zamanda bol antioksidan mənbəyi olan üzüm dəmir və C vitamini cəhətdən də zəngindir. Üzümün qanın laxtalanmasının qarşısını aldığını və xolesterolun düşməsinə kömək etdiyini söyləyən həkimlər, bu xüsusiyyəti ilə üzümün ürək-damar sistemini qoruduğunu bildirirlər. Üzüm, tərkibindəki yüksək lif və su ilə bağırsaqlara da müsbət təsir edir.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler