Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üzeyir Hacıbeyliye hesr olunmuş VIII Beynelxalq Musiqi Festivalı keçirilecek

07 Eylül 2016

8:52 am


07/09/2016 [12:50]: xeber –
Azərbaycan Respublikası Prezidentinin «Üzeyir Musiqi Gününün keçirilməsi haqqında» 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə  respublikamızda  bir çox  konsertlər, tədbirlər, sərgilər  təşkil olunur.2009-cu ildən başlayaraq  ölkəmizdə  ənənəvi keçirilən və  dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurmuşdur. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar  iştirak etmişlər.Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə  2016-cı il 18-27 sentyabr tarixində Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış  musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler