Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üzeyir Hacıbeyli öldürülübmü? – Düdenginskinin iddiası

14 Eylül 2016
5:04 pm


14/09/2016 [21:03]: xeber –
sayt Teleqraf.com-a istinadla  Milli Azərbaycan Legionunun komandanı Əbdürrəhman Fətəlibəyli Düdənginskinin bəstəkar Üzeyir Hacıbəyli haqqında yazısını təqdim edir:23 noyabr 1948-ci ildə Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy Hacıbəyli vəfat etdi. Təkcə Azərbaycanda deyil, bütün müsəlman dünyası üçün opera sənətini yaradan Üzeyir Hacıbəyli Azərbaycan Milli İstiqlal Hərəkatını yönəldənlər arasında idi. Azərbaycan qurtuluş hərəkatında Üzeyir bəy mühüm yer tutub.Həm müəllimliyi, həm də qələmi ilə milli oyanışa böyük xidmət edən Üzeyir Hacıbəyli 1885-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. İlk təhsilini Şuşada aldıqdan sonra Qori müəllimlər seminariyasında oxuyub və 1904-də buradan məzun olub. Tükənməz zəhmətsevərliyi, sarsılmaz iradəsi, geniş dünyagörüşü və cəsarətli fikirləri ilə tanınmış Üzeyir bəy əsl şöhrətini musiqi sahəsində qazanıb və bütün türk-müsəlman tarixində şərəfli bir yer tutub.Onun klassik sənətində yönəldici amil Vətən sevgisi olub. Bütün yaradıcı həyatını millətimizə həsr edən Üzeyir bəy millətimizin böyük və tükənməz qüdrətini və tarixi fəal rolunu öz musiqisində göstərib.Azərbaycan xalq mahnılarını öyrənmək üçün böyük qeyrət sərf edən bəstəkarımız, qardaşı dəyərli bəstəkar Zülfüqar Hacıbəyli ilə birlikdə 300-ə qədər xalq mahnısı toplayıb.Musiqi sənəti ilə paralel olaraq ictimai-siyasi fəaliyyətinə də davam edən Üzeyir Hacıbəyli, Versal Sülh Konfransı heyətinin üzvlüyünə təyin olunmuş qardaşı Ceyhun bəyin yerinə keçərək 1919-da müstəqil Azərbaycanın rəsmi qəzeti “Azərbaycan”ın redaktoru olub. Daima klassik opera üzərində çalışan və musiqi-dramatik sənətində yeniliklər axtaran bəstəkar 1908-dən, ta 1920-yə, yəni Azərbaycanın cəbrlə sovetləşdirilməsinə qədər, 10-a yaxın musiqi əsəri yazıb. Azərbaycanın ilk operası “Leyli və Məcnun” 1908-də Bakıda səhnəyə qoyulub. Bu ilk operanı bəstəkar kiçik qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə yazıb. Lakin bu həqiqəti bolşeviklər xalqımızdan gizlədirlər.Böyük müvəffəqiyyətlər qazanan bu opera ilə Azərbaycan opera sənətinin və dolayısı ilə səhnəsinin təməli qurulub.Bir az sonra bir-birinin arxası ilə “Şah Abbas”, “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Rüstəm və Söhrab” kimi operalar, “Ər və arvad”, “O olmasın bu olsun”, “Arşın mal alan” kimi məşhur operettalar yaradır.Heyhat. Bu qaynar yaradıcı fəaliyyət birdən-birə kəsilir. Sovet istilasından ta 1938-ci ilə qədər bəstəkarımız susmağa məcbur olur. Sovet hökuməti öz “sosial ismarlamaları” ilə Üzeyir bəyi ağır yaradıcılıq böhranına məruz qoyur və musiqi fəaliyyətini davam etdirmək üçün bir açıq qapı da buraxmır. Şübhəsiz ki, sovetlərin ismarlamaları və əmrləri ilə Hacıbəyli yarada bilməzdi.Bu susqunluq illərində Üzeyir bəy bütün gücünü gənc musiqiçilər yetişdirməyə sərf etdi, eyni zamanda Azərbaycan xalq musiqisini nota köçürdü. Azərbaycan Musiqi Məktəbinin direktorluğunu, Azərbaycan Dövlət Konservatoriyasının professorluğunu, sonra isə rektorluğunu, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyini etdiyi bu illərdə Üzeyir bəy yüzlərlə musiqiçi yetişdirdi və müdhiş bir xor heyəti yaratdı.Üzeyir bəyin bu susqunluq dövründə Azərbaycan musiqisi və xüsusilə opera sənəti olduqca gerilədi. Sovetlər dönəmin Maarif komissarı Mustafa Quliyevin əli ilə Üzeyir bəyin əsərlərini “Quba meydanı” kimi adlandıraraq səhnədən də çıxarmışdılar.Azərbaycan sənətini çıxılmazlığa sürükləyən Sovetlər başqa yollara da baş vurdular. Bir neçə bəstəkar dəvət etdilər. Bunların arasından bəstəkar Qliyer sevimli bəstəkarımız Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasını çox fikirləşmədən və utanmadan “Şah Sənəm” operasına “çevirdi”.Rus və başqa Avropa operalarından istifadə etmək istədilər. Bu səmərəsiz təcrübələrə çox vaxt və pul sərf etdikdən sonra sovetlər 18 il yaradıcılıqdan məhrum etdikləri Üzeyir Hacıbəyliyə həyasız üzlərini çevirməyə məcbur oldular.Xalqımızın dərin və incə sevgisinə layiq olan Hacıbəyli ailəsinə Sovetlər əl uzada bilmədilər. Bu xalq sevgisini istismar niyyəti ilə sovetlər Üzeyir və Zülfüqar Hacıbəyliləri “sovetləşdirməyə”, bu gün milli istiqlal hərəkatımızı idarə edən Ceyhun Hacıbəylini isə xalqımıza tamamilə unutdurmağa qərar verdilər.Bu “sovetləşdirmə” əməlini Kremlin öz köləsi Bağırovun əli ilə etdilər. Nəhayət, 18  illik  susqunluqdan  sonra  1938-ci  ildə  Üzeyir  Hacıbəylinin  “Koroğlu”  operası meydana gəldi. Bu opera Azərbaycan sənətini sovet dalanından geniş bir yola sövq etdi və bütün türk-müsəlman musiqi sənətinə yeni bir istiqamət verdi. Bu operada başlıca qəhrəman millətimiz idi.Xalqın hisslərini sömürməkdə mahir olan Sovetlər xalqımızın Hacıbəyli ailəsinə qarşı sevgisini və dərin şükran hisslərini sömürmək məqsədilə Üzeyir və Zülfüqar Hacıbəyliləri verdikləri bir çox ordenlərlə, vəzifə və ünvanlarla “sovetləşdirmişdir”.Böyük bəstəkarımızı “sovetləşdirdikdən” sonra onun həyatda olmasına Kreml dözə bilməzdi. Ani, 25 noyabr 1948-ci ildə Moskva radiosu bütün dünyaya bu xəbəri yayımladı: “Uzun sürən ağır xəstəlik səbəbindən böyük bəstəkar Üzeyir Hacıbəyli vəfat etmişdir”.Nə kimi xəstəlik? Necə olur ki, bu xəstəlik uzun davam edir? Vəfatından bir an əvvəl Üzeyir bəy Moskvada bəstəkarların toplantısında idi.Eyni məchul şərait içərisində dəyərli bəstəkar Zülfüqar Hacıbəyli də vəfat etdi. Bu barədə “Bakinski raboçi” qəzeti 1 oktyabr 1950-ci ildə eynilə bu cür yazırdı: “30 sentyabrda uzun sürən ağır xəstəlikdən sonra Azərbaycanın qocaman bəstəkarı Zülfüqar Hacıbəyli vəfat etmişdir…”.Sovetlərin amansız darlığında, hürriyyətsizlik üzündən böyük bəstəkarımız yaradıcılığının ən səmərəli dövründə qardaşı ilə birlikdə boğuldu.Üzeyir bəyin əsərləri Sovetlər Birliyinə qatılmış bütün cümhuriyyətlərdə, xüsusilə də, türk və Qafqaz ölkələrində dərin təsir buraxmaqdadır. Rus dili ilə yanaşı bir çox Avropa dillərinə tərcümə edilib.Üzeyir bəyin vəfatından sonra sovetlər bayağı mənfəətləri üçün onun adına muzey açmaq, anıt tikmək qərarı veriblər.Sovetlər nə qədər çabalayır-çabalasın sənəti ilə ruhlara məhəbbət və etimad təlqin edən, Şərq musiqisinin seyrini dəyişdirmiş Azərbaycanın bu böyük fədakar və səmimi oğlunu, yaradılış xariqüladəsi Üzeyir Hacıbəylini nə Azərbaycandan, nə də türk-müsəlman tarixindən heç bir qüdrət ayıra bilməz.P.S. Məqalə Münihdə Ceyhun Hacıbəylinin çap etdiyi “Azərbaycan” dərgisinin 1952-ci il oktyabr-dekabr sayında çap olunub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler