Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üzeyir bey 3 stansiyada anılacaq

17 Eylül 2016

10:40 am


17/09/2016 [14:37]: xeber –
Bakı Metropoliteni QSC sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə sərnişinlər üçün proqram təşkil edəcək. Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr – Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb: “Bakı Metropoliteni QSC də bu əlamətdar günü özünəməxsus qeyd edəcək. Belə ki, “Elmlər Akademiyası”, “28 May” və “İçərişəhər” metro stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruplarının ifasında musiqi çələngi bəxş ediləcək”. Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir sentyabrın 18-də saat 11:00-da “Elmlər Akademiyası” metro stansiyasının əsas girişində başlayacaq. 12:15-də “28 May” metro stansiyasında, 13:30-da “İçərişəhər” metro stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler