Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Üsyançıları gören kimi ellerini qaldırıb teslim oldu” -Qeddafinin son deqiqeleri

19 Ağustos 2016

12:32 pm


19/08/2016 [16:29]: xeber –
2011-ci ildə üsyançılar tərəfindən qətlə yetirilən Liviya diktatoru Muammaer Qəddafinin son günlərini, saatlarını görən cəmi bir adam hazırda sağdır. Əslində onların sayı iki idi. Lakin çox keçmədən ikinci şəxsi – diktatorun 42 illik sürücüsü Hüneyş Nasiri də qətlə yetirdilər. Amma Nasir Qəddafinin ölümündən sonra Avropaya qaçmış və nüfuzlu “The Guardian” qəzetinə diktatorun son günləri, saatları, hətta dəqiqələri barəsində sarsıdıcı məqamları danışmışdı.sayt da nüfuzlu mətbu orqana verilən müsahibədən bəzi detalları təqdim edəcək. Burada siz Qəddafinin son dəqiqələrini görəcəksiniz: “Ölümündən bir neçə saat əvvəl dağıntıların birinin üzərindən gizlin şəkildə üsyana tamaşa edirdi. Hər yandan partlayış səsləri eşidilirdi. Qorxmurdu, amma çıxılmaz vəziyyətdə olduğu həmən bilinirdi. Onu heç zaman belə görməmişdik. Sonra öz daldalanacağına qayıtdı. Bundan bir neçə saat sonra isə xoşbəxtlikdən az qala sərxoş kimi görünən insan təsiri bağışlayan üsyançılar sığınacağa hücum etdilər”. Nasir, əllərimi həmən göyə qaldıraraq təslim olduğunu deyir. Lakin üsyançılar silahların qundağı ilə onu yerə yıxır, gözünün altını qaraltmağa da vaxt tapıblar. Onun sözlərinə görə, Qəddafi də eyni reaksiyanı göstərib. Amma onu dinləməyən üsyançılar kanalizasiya borusundan çıxardılar. Bir anda xeyli üsyançı onun ətrafına yığıldı. Hadisələrin sonrakı inkişafı isə artıq hamıya məlumdur. Amma üsyançılar Nasiri bağışlayır. Qəddafinin linç olunmasından sonra sürücü `Misra şəhərinə gətirilir. O, diktatora o qədər sadiq qalıb ki, son günləri onunla keçirən tək-tük insanlardan biri olub. Hətta diktatorun iqtidara gıtirdiyi bəzi şəxslər artıq çoxdan ona xəyanət edib qaçmışdılar. Amma sürücü hətta o, öləndən sonra da sadiqliyini göstərir və bir neçə gündən sonra Qəddafinin dəfninə toplaşan tək-tük adamlardan biri olur. Sürücü müsahibəsində Qəddafinin elə tapıldığı yerdə gizlənmədiyini, son beş gündə bir neçə məkanı dəyişdiyini söyləyir.“Patriarxın payızı”Möhtəşəm sarayından məhrum olunan Qəddafi ömrünün son günlərini oğullarından biri və 20 ən yaxın silahdaşı ilə keçirirdi. Tez-tez yer dəyişməyə məcbur olurdu. Bəzən günlərlə televizoru, telefonu, işığı olmayan, bir sözlə yaşayış üçün əlverişsiz yerlərdə qalmalı olurdu. Hər dörd gündən biri yerlərini dəyişirdilər. Getdiyi bütün yerlərdə dörd işlə məşğul olardı: Elə hey yazar, oxuyar, hər zaman qərb tərəfə baxaraq, eyni nöqtəyə zillənərək fikrə gedərdi. Bir də hər yerdə öz çayını özü dəmlərdi. Sürücünün sözlərinə görə, elə məqam gəlirdi ki, o həddindən artıq gərgin olub, öz-özünə söylənərdi. Sakitləşəndən sonra isə heç cür çıxış yolu olmayan insan təsiri bağışlardı. Amma yenə də gizli yollarla ölkə xaricinə qaçmadı. Sürücüsü deyir ki, Qəddafi ölən gününə qədər Liviya xalqının onu sevdiyini düşünürdü. Ona görə də, Avropaya qaçıb orada saxladığı milyardlarla gözəl həyat sürmək fikrini qəbul etmədi.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler