Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Üstüme gözlerim boyda Sensizlik yağışları yağır…

15 Temmuz 2016

9:44 am


15/07/2016 [13:41]: xeber –
SƏNSİZLİK YAĞIŞLARIİsladır məni Sənsizlik yağışları,isladır sümüklərimə qədər.Ümidə sığınmağım mə’nasız,yollara boylanmağım hədər.Bu yol insafsız yoldu, apardığını gətirmir,tək ayaq üstündə qalmış adam kimiyəm.Sevinə bilmirəm ki, ağlayam,ağlaya bilmirəm ki, kiriyəm.Ömrün buzlaq dövrüdü, hər şey donub,baxtın cəhənnəm vaxtıdı, yanıb quruyub hər şey.Bu sevgidən mənə qalan, bilirsənmi, nədi? –ürəyim boyda bir ağrı, cismim boyda bir ney.Mən indi bu dünyada hamıdan talesiz,mən indi bu dünyada hamıdan fağır.Ömrün çevrə bucağında gizləmişəm özümü,üstümə gözlərim boyda Sənsizlik yağışları yağır.GÖZLƏRİMƏ GÖY ÜZÜ YIĞMIŞAMBu cism evi bir can məscididi,yüz yerindən çat vermiş.Dayan, məni də özünlə götür,Dərgaha gedən dərviş.Bölündülər, çıxıldılar, getdilər məndən,itirdim cəmlərimi.Bu çəkdiyim ah deyil, əzandı,axşam namazına çağırıram qəmlərimi.Yoxuşlar dolaşır ayaqlarıma,yenişlərdən sallana-sallana gedirəm.Ayrılıqlara cığırlana-cığırlana,yollana-yollana gedirəm.Gözlərimə Göy üzü yığmışam,amma buludlu olur çox zaman.Payızlardan çən sürünüb gəlir gözlərimə,dağlardan duman.Bir ümid ağacım var idi, bir ümid ağacım,onu bu həyat köklü-köməcli dərmiş.Dayan, məni də özünlə götür,Dərgaha gedən dərviş.Yavər Həsən




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler