Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ustad Şehriyarın oğlu Dede Şemşir ocağında – Fotolar

10 Kasım 2016

8:08 pm


11/11/2016 [00:04]: xeber –
Bakı şəhəri daima onun həsrəti ilə yaşamış və yaratmış görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbirinə ev sahibliyi etdi. Yubiley tədbirində Azərbaycanın görkəmli dövlət, elm, incəsənət və ədəbiyyat adamları qatılaraq Ustad Şəhriyarın həyatı və yaradıcılığı haqda fikirlərini bölüşdülər, xatirələrini danışdılar. Bakıya Ustad Şəhriyarın yubileyinə gələnlər arasında şairin oğlu Hadi Behcət Təbrizi də vardı. Atasının yubileyinin belə gözəl bir şəkildə keçirilməsinə görə öz minnətdarlıq və təşəkkürünü Azərbaycan dövlətinə və sənət adamlarına yetirən Hadi Behcət Təbrizi Bakıda olduğu bir neçə gün ərzində Azərbaycanın ustad Aşığı Dədə Şəmşirin ocağını da ziyarət etdi, Dədə Şəmşirin yaradıcılığına öz ehtiramını ifadə etdi.“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovun dəvəti ilə İctimai Birliyin ofisində qonaq oldu. Burada Aşıq Şəmşirin həyat və yaradıcılığından bəhs edən muzeylə, Aşıq Şəmşirin müxtəlif illərdə nəşr olunmuş kitabları ilə tanış olan qonaq Azərbaycanda sənətə və sənətkara xalq və dövlət tərəfindən verilən dəyəri yüksək qiymətləndirdi.Yaradıcılıq baxımından bir-birinə doğma olan haqq aşiqi Ustad Şəhriyar və Dədə Şəmşirin yaradıcılığında çoxlu səsləşmələrin olduğunu dilə gətirən qonaq Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyində olmaqdan və Birliyin gördüyü işlərlə tanış olmasından məmnun qaldığını bildirdi.Görüşün sonunda qonağa İctimai Birlik tərəfindən çap olunan kitablar və xatirə hədiyyəsi təqdim edildi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler