Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Urmiya gölü qan rengine boyanıb – FOTO

29 Temmuz 2016

7:44 pm


29/07/2016 [23:42]: xeber –
İranın Urmiya gölü rəngini dəyişərək al qırmızı rəngə boyanıb.sayt oxu.az-a istinadən xəbər verir ki, NASA nümayəndələrinin dərc etdiyi fotoda dünyanın ikinci ən böyük axarsız gölünün rənginin dəyişdiyi görünür.Mütəxəssislər gölün rənginin dəyişməsinin burada yaşayan mikroorqanizmlərlə əlaqələndirirlər. Hər yay Urmiyada suyun səviyyəsi aşağı düşür və nəticədə duzun konsentrasiyası çoxalır. Hidrobioloqlar hesab edirlər ki, Urmiya gölünün qırmızı rəngə boyanmasının səbəbi göldə yetişən dunaliella adlı birhüceyrəli yosundur. Əsl rəngi yaşıl olan bu yosunlar yüksək duzluluq şəraitində qırmızı rəngə boyanırlar.Digər bir versiyaya əsasən, göldə suyun rənginə qırmızı ferment buraxan bakteriyalar təsir göstərir. Alimlərin fikrincə, yaxın gələcəkdə Urmiya tarixə qırmızı göl kimi düşəcək.Qeyd edək ki, Yaxın və Orta Şərqin ən böyük gölü quraqlıq və resusrlarından düzgün istifadə edilməməsi səbəbindən hazırda böyük bir duz çölünə çevrilməkdədir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler