Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

ürkiye en tehlükeli İŞİD-çilerin adını açıqladı – Azerbaycanlı da var

12 Temmuz 2016

10:20 am


12/07/2016 [14:18]: xeber –
Türkiyənin Daxili İşlər Nazirliyi axtarışda olan ən təhlükəli 48 İŞİD terrorçusunun adını elan edib. Onların arasında azərbaycanlı da var. Terrorçuların başına qoyulan pulun məbləği də açıqlanıb – 51 milyon lirə (təqribən 27 milyon manat). Axtarışda olan terrorçular arasında Azərbaycan vətəndaşı olan qadın da yer alıb. Adı siyahıda olan azərbaycanlı İŞİD-çi, 29 yaşlı Ülkər Məmmədova ötən il oktyabr ayının 10-da yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şübhəli bilinir.Siyahıda Azərbaycan vətəndaşı ilə yanaşı, Qazaxıstan və Türkiyə vətəndaşları da yer alıb. Terrorçuların əksəriyyəti Türkiyənin müxtəlif şəhərlərindəndir. Onlar təhlükəlilik dərəcəsinə uyğun olaraq bölünüblər – göy (ən təhlükəli), yaşıl, narıncı və boz.Ülkər Məmmədova göy rəngli təhlükə dərəcəsi ilə axtarışa verilib.Türkiyənin Daxili İşlər Nazirliyinin bundan əvvəl yaydığı rəsmi siyahıda da Azərbaycan vətəndaşı Ülkər Məmmədovanın adı yer almışdı. Həmin vaxt terrorçunun başına 200 min lirədən (təqribən 105 min manat) pul qoyulmuşdu. İndi isə bu rəqəm 500 min manata qədər artırılıb./anspress/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler